İdman

Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto

25 Sentyabr 2026 09:30
Baxış: 318
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda təşkil olunan Formula 2 üzrə Azərbaycan Qran-Prisinin sprint yarışı yekunlaşıb.

Milli.Az xəbər verir ki, 45 dəqiqə davam edən mübarizədə qalib adına DAMS komandasının pilotu Dino Beqanoviç sahib olub.

"Trident" komandasının təmsilçisi Lorens van Hopen finişə ikinci çatıb. "Rodin Motorsport"dan Aleks Dann isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, Formula 2 üzrə əsas yarış bu gün saat 14:15-də başlayacaq.

xxx

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Formula 2 üzrə sprint yarışı başlayıb.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında keçirilən yarışda 11 komandadan 22 pilot mübarizə aparır. Sprint yarışının ümumi müddəti 50 dəqiqə təşkil edir.

Bu gün Formula 1 üzrə üçüncü sərbəst yürüş də keçiriləcək. Sessiya saat 12:30-da başlayacaq.

Formula 2-də əsas yarışın startı isə saat 14:15-ə nəzərdə tutulub.

Günün proqramı Formula 1 üzrə sıralama turu ilə yekunlaşacaq. Saat 16:00-da başlayacaq sıralama sessiyası 17:00-da başa çatacaq.

Müəllif: Tural Hüseyn

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.