"Formula 1" üzrə Azərbaycan Qran-prisində üçüncü sərbəst yürüşün nəticələri bəlli olub.
Milli.Az xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen sessiyanı ən yaxşı göstərici ilə tamamlayıb.
"Mersedes"dən Corc Rassell ikinci, "Ferrari"nin pilotu Lüis Hemilton isə üçüncü pillədə qərarlaşıb.
Bununla da əsas pilotların sıralanma turundan əvvəl son məşq sessiyası başa çatıb. Sıralanma turu bu gün keçiriləcək.
Qeyd edək ki, ötən gün keçirilən birinci və ikinci sərbəst yürüşlərdə ən sürətli nəticəni "Mersedes" pilotu Corc Rassell göstərib.
Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da keçiriləcək.
xxx
Bakıda keçirilən Formula 1 üzrə Azərbaycan Qran-Prisində üçüncü sərbəst yürüşə start verilib.
Milli.Az xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutan sessiyada pilotların mübarizəsi saat 12:30-da başlayıb.
Yarış proqramına əsasən, bu gün Formula 1 üzrə sıralama turu da keçiriləcək. Pilotlar sıralama sessiyasında əsas yarış üçün start mövqelərini müəyyənləşdirəcəklər.
Qeyd edək ki, ötən gün "Mersedes" pilotu Corc Rassell hər iki sərbəst yürüşdə ən sürətli nəticəni göstərib.
Müəllif: Tural Hüseyn