Hadisə

Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü

3 Avqust 2026 10:22
Baxış: 314
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Braziliyada faciəvi hadisə baş verib. Yoldaşlıq oyunu zamanı silahlı hücum nəticəsində 15 yaşlı futbolçu Mikael Leandro da Silva həyatını itirib.

Hadisə Maseyo şəhərində qeydə alınıb. Məlumata görə, "Sentro Sportivo Alaqoano" klubunun gənclər komandasında çıxış edən Mikael Leandro da Silva yoldaşlıq görüşü zamanı açılan atəş nəticəsində güllələnib.

Silahlı insident zamanı yeniyetmə futbolçu ilə yanaşı, daha bir neçə nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumata əsasən, hücumun narkotik alveri ilə məşğul olan cinayətkar qruplaşmalar tərəfindən törədildiyi ehtimal olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.