"44" bədii filminin treyleri yayımlandı - (Video)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan xalqının Vətən müharibəsində qəhrəmanlığına həsr olunan və gənc nəslin vətənpərvər ruhda yetişməsi, tarixi yaddaşın qorunub saxlanılması məqsədi daşıyan "44" bədii filmi tezliklə ictimaiyyətə təqdim ediləcək.
Ekran əsəri bir kursantın gözü ilə canlandırılan qəhrəmanlıq və məhəbbət dramıdır. Filmdə əks olunan hadisələr xüsusi təyinatlıların timsalında Vətənin müdafiəsi uğrunda ayağa qalxan bir nəslin ruhunu, iradəsini və fədakarlığını təcəssüm etdirir. Süjetin mərkəzində Xüsusi Təyinatlı Qüvvələrin zabiti Rəşad Xəlilov, Azərbaycanda çalışan türk həkim-ortoped Zeynəb Özdəmir və xüsusi əməliyyat qrupunun komandiri polkovnik Ramazan Kərimov dayanır.
"44" sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
"44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir.
Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.
Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
DİGƏR XƏBƏRLƏR
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
-
Bakıda yubiley “Rəqs edən brilyantların gecəsi” qala-şousunun biletlərinin satışına başlanılıb - (Video)
XƏBƏR LENTİ
-
Bilgəhdə 21 yaşlı oğlan dənizdə batdı
-
3 avqustda bizi nələr gözləyir? - ULDUZ FALI
-
Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - (Foto)
-
İnsanların smartfonlar vasitəsilə izlənilməsi ilə bağlı həqiqət açıqlandı
-
"44" bədii filminin treyleri yayımlandı - (Video)
-
Serialdakı “qızı” Özgeyə qarğış etdi
-
Bakıdan Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır
-
Bakı-Qazax yolunda qəza - Ölən var
-
“Oynadığım obraz karmama çevrilib“
-
Türkiyədə temperatur 49 dərəcəyə yüksəldi
-
Xocavənddə mina partlayıb - Xəsarət alan var - (Yenilənib)
-
Hacıqabulda qəza: Bir nəfər ölüb
-
Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs olundu
-
Venesuela 51-ci ştat elan edildi
-
Tovuzda ağır qəza - Yaralanan var
-
Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü
-
Daha bir tiktoker həbs edildi
-
Naxçıvanın bəzi ərazilərində işıq olmayacaq
-
"İlanlı qız" polis tərəfindən saxlanıldı
-
Paşinyan yenidən Baş nazir oldu - (Yenilənib)
-
Qalmaqallı görüntülərlə bağlı açıqlama: “Məqsədim heç kəsi alçaltmaq deyil” - (Video)
-
Şəkidə kişini elektrik cərəyanı vuraraq öldürdü
-
“Arsenal” Vinisius üçün “Real”a fantastik məbləğ təklif etdi
-
Cənubi Koreyada rekord istilər qeydə alındı





