Dünya

Türkiyədə meşə yanğınları ilə bağlı 6 nəfər həbs olundu

2 Avqust 2026 17:02
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyədə meşə yanğınlarında iştirak etməkdə ittiham olunan ən azı altı nəfər həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek bildirib.

Onun sözlərinə görə, müstəntiqlər 1 iyundan bəri Türkiyənin 16 əyalətində baş verən 44 meşə yanğınını araşdırırlar.

Gürlek əlavə edib ki, yanğınlarla bağlı 29 şübhəli müəyyən edilib, onlardan altısı həbs olunub, doqquz nəfər isə girov müqabilində azadlığa buraxılıb.

Nazir qəsdən və ya səhlənkarlıqla meşə yanğınlarını törədən hər kəsin məsuliyyətə cəlb ediləcəyini deyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.