Türkiyədə meşə yanğınlarında iştirak etməkdə ittiham olunan ən azı altı nəfər həbs edilib.
Milli.Az xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek bildirib.
Onun sözlərinə görə, müstəntiqlər 1 iyundan bəri Türkiyənin 16 əyalətində baş verən 44 meşə yanğınını araşdırırlar.
Gürlek əlavə edib ki, yanğınlarla bağlı 29 şübhəli müəyyən edilib, onlardan altısı həbs olunub, doqquz nəfər isə girov müqabilində azadlığa buraxılıb.
Nazir qəsdən və ya səhlənkarlıqla meşə yanğınlarını törədən hər kəsin məsuliyyətə cəlb ediləcəyini deyib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)