İdman

UEFA Canni İnfantinonun istefasını tələb edir

2 Avqust 2026 10:56
Baxış: 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FIFA) prezidenti Canni İnfantinonun vəzifəsini tərk etməsinə çalışır.

Le Monde nəşrinin yaydığı məlumata görə, FIFA-nın özəl investorlara açılması planına qarşı çıxan əsas tərəflərdən biri olan UEFA, İnfantinonun bu təşəbbüsdən geri çəkilməsinə baxmayaraq, onun istefası ilə bağlı mövqeyini dəyişməyib.

Nəşrin yazdığına görə, UEFA rəhbərliyindən bir nümayəndə anonim şəkildə bildirib ki, "O, mümkün qədər tez getməlidir. Artıq seçim budur: ya o, ya da futbol".

Xatırladaq ki, Canni İnfantino geniş etirazlardan sonra FIFA-nın özəl investorlara açılması planından imtina etdiyini açıqlayıb. UEFA isə avqustun 1-də yaydığı bəyanatda bu qərarı müsbət qiymətləndirsə də, İnfantinonun həm qurumun, həm də dünya futbol ictimaiyyətinin etimadını itirdiyini bildirərək onun istefasını tələb edib.

UEFA bəyanatında vurğulanıb ki, futbolun gələcəyi ilə bağlı mühüm qərarlar gizli və tələsik hazırlanan, mənşəyi bəlli olmayan təşəbbüslərlə qəbul edilməməli, məsul şəxslər isə cavabdehlik daşımalıdır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.