İdman

Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı

1 Avqust 2026 22:10
Baxış: 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC karyerasında növbəti uğuruna imza atıb.

Milli.Az xəbər verir ki, 36 yaşlı idmançı Serbiyanın paytaxtı Belqradda keçirilən UFC Fight Night turnirində slovakiyalı Ludovit Kleinlə qarşılaşıb.

Yüngül çəki dərəcəsində baş tutan döyüş gecənin ilkin kartında yer alıb. Musayev rəqibini məğlub edərək UFC-də ikinci qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, bu, Tofiq Musayevin UFC-də üçüncü döyüşü olub. Azərbaycanlı döyüşçü təşkilatda debütünü 2025-ci ilin iyununda Bakıda keçirib və Mıktıbek Orolbayla görüşdə məğlub olub. O, daha sonra 2026-cı il martın 28-də İqnasio Bahamondesə qalib gələrək UFC-də ilk qələbəsini qazanmışdı./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.