İqtisadiyyat

Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb

1 Avqust 2026 19:44
Baxış: 262
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu il iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 44 milyard 155,3 milyon manat təşkil edib.

Milli.Az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyunun 1-i ilə müqayisədə 4,6 %, ilin əvvəlinə nisbətən 5,8 %, ötən il iyulun 1-i ilə müqayisədə 2,8 % çoxdur.

Depozit portfelinin 48,9 %-i, yaxud 21 milyard 587,2 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 11,2 % azdır.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 15,5 % artaraq 17 milyard 823,6 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 48,1 % artaraq 4 milyard 744,5 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 23 milyard 819,2 milyon manatı (1 il əvvələ nisbətən 1,3 % çox) qısamüddətli, 20 milyard 336,1 milyon manatı (+4,6 %) isə uzunmüddətli olub./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor) 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.