Ramiz Mehdiyevin bankı bağlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mərkəzi Bankının İdarə Heyətinin 27 iyul 2026-cı il tarixli Qərarı ilə Bank "BTB" ASC-nin müraciəti əsasında "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 16.1.1-ci və 29-cu maddələrinə, eləcə də "Bankların yenidən təşkili haqqında Qaydalar"a müvafiq olaraq Bank "BTB" ASC-yə verilmiş bank lisenziyası ləğv edilib, onun hüquqi varisi olan "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə "Bank olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu və 11-ci maddələrinə əsasən lisenziya verilib.
Milli.Az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Daha əvvəl məlumat verildiyi kimi, Mərkəzi Bankın İdarə Heyətinin 05 mart 2026-cı il tarixli Qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank "BTB" ASC-nin müraciəti əsasında onun bank olmayan kredit təşkilatına çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilmişdir. Yenidən təşkil prosesi çərçivəsində, Bank "BTB" ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilmiş, bankın kreditorlarının məlumatlandırılması təmin edilmişdir. Bu çərçivədə, "Azərbaycan Beynəlxalq Bankı" ASC (ABB) ilə Bank "BTB" ASC arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanmış və həmin müqaviləyə uyğun olaraq Bank "BTB" ASC-nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.
Qeyd edək ki, Bank "BTB" ASC-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülmüş, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb.
Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanmışdır. Bank "BTB" ASC-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülmüş, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.
Bununla da, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Bank "BTB" ASC-nin lisenziyasının ləğv edilərək "T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC-yə çevrilməsi prosesi uğurla tamamlanıb.
"T-Kredit" Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini Bakı şəhəri, Nigar Rəfibəyli ev 9 ünvanında həyata keçirəcək.
Xatırladaq ki, "Bank BTB"nin əsas səhmdarı 76.7 faiz payla Prezident Administrasiyasının sabiq rəhbəri, dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva, digər səhmdarlar Rza Sadıq (17.7 faiz) və Tükəzban Mahmudova (5,6 faiz), bankın Müşahidə Şurasının sədri də eyni zamanda Rza Sadıq idi.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Azərbaycan neftinin qiyməti 98 dolları keçdi
-
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir
-
Bakıda 35 milyonluq park salınır
XƏBƏR LENTİ
-
Son bir həftədə təbiətə 228 min ziyan vuruldu
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto)
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib - FOTO
-
Bakıda bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Gülben Ergen İnstaqramdan ayda 400 min qazanır
-
"Haqsız yerə məni işdən çıxartdılar"
-
"Mənə paxıllıq edənlərin hamısı ölüb"
-
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - (Foto - Video)
-
Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilib
-
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
-
Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir
-
Xanəndə açıq ürək əməliyyatı keçirib
-
İspaniyanın “Şengen”dən çıxarılması çağırışına dəstək gəldi
-
ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər - KİV
-
Narkotik satışı ilə bağlı iki nəfər saxlanıldı
-
Baş nazir sərəncam imzaladı
-
Ben Afflek "Kim milyonçu olmaq istəyir?"də 1 milyon dollar qazandı - (Foto)
-
“Keçid ballarının artacağı gözlənilir” - Məleykə Abbaszadə
-
Çimərlikdə oğurluq edən şəxs saxlanıldı
-
150 balla qəbul mümkün olan ixtisasların sayı artırılıb - DİM sədri





