İdman

İtaliya futbolunun əfsanəsi vəfat etdi - (Foto)

31 İyul 2026 12:11
Baxış: 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İtaliya futbolunun və "Milan" klubunun əfsanəvi kapitanı Franko Barezi 66 yaşında vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Milan"ın yaydığı açıqlamada Barezinin klub tarixində silinməz iz qoyduğu vurğulanıb.

"Milan"ın tarixi göz yaşı tökür. Franko Barezinin aramızdan ayrılması bizi dərin kədərə qərq edib. Onun örnək duruşu və klubumuza təsiri, əfsanəvi 6 nömrəsi kimi, "Milan"ın DNT-sinin ayrılmaz hissəsi olaraq əbədi yaşayacaq, - deyə bəyanatda bildirilib.

Məlumata görə, Barezi 2025-ci ilin avqustunda ağciyərində aşkarlanan düyün səbəbindən əməliyyat olunmuş, son aylarda isə davam edən sağlamlıq problemləri ilə mübarizə aparmışdı.

Qeyd edək ki, Franko Barezi karyerası ərzində yalnız "Milan"ın formasını geyinib. O, 20 mövsümdə klubun heyətində 716 rəsmi oyuna çıxıb, 6 dəfə İtaliya A Seriyasının, 3 dəfə Avropa Çempionlar Kuboku/UEFA Çempionlar Liqasının, 2 dəfə Qitələrarası Kubokun qalibi olub. 

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.