Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub.
Milli.Az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə deyib.
"Mərkəzi Asiya müasir tarixinin ən uğurlu dövrünü yaşayır. Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması formatımızın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı oldu. Birgə səylər sayəsində siyasi dialoqun daha da dərinləşdirilməsi, investisiya, energetika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi, vahid nəqliyyat-logistika sisteminin formalaşdırılması üçün əlverişli şərait yaradılır. Son illərdə regiondaxili ticarət dövriyyəsi davamlı olaraq artır, işgüzar əlaqələr genişlənir, birgə müəssisələr yaradılır, ortaq investisiya layihələri həyata keçirilir, humanitar əlaqələr möhkəmlənir. Mədəni, təhsil və gənclər mübadiləsi də yeni məzmun qazanır. Bütün bu müsbət nəticələr qardaş xalqlarımızın daha da yaxınlaşmasına və regionun beynəlxalq nüfuzunun möhkəmlənməsinə xidmət edir", - deyə o bildirib.
Qazaxıstan Prezidenti vurğulayıb ki, Mərkəzi Asiyanın qlobal proseslərdə rolu inamla artır.
"Səsimiz beynəlxalq arenada getdikcə daha gur və daha sanballı eşidilir. Bunun parlaq nümunəsi Qazaxıstanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi oldu.
Qarşılıqlı fəaliyyətimizin bütün prinsipial məsələlərini ötən il Daşkənddə keçirilən görüşdə ətraflı müzakirə etdik. Həmin vaxt irəli sürülən təşəbbüslər, o cümlədən Məşvərət görüşlərinin institusional inkişafı ilə bağlı təkliflər bu gün də aktuallığını qoruyur və onların həyata keçirilməsi üçün sıx birgə işi tələb edir. Qazaxıstan əldə olunmuş razılaşmalara sadiqdir və ölkələrimiz arasında dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş birgə təşəbbüslərin irəlilədilməsində qərarlıdır. Əminəm ki, ümumi tərəqqi naminə birgə səylərimizlə daha böyük uğurlara nail olacağıq. Sonda türkmən dostlarımıza Məşvərət görüşləri formatı çərçivəsində keçiriləcək növbəti tədbirlərin uğurla təşkilində müvəffəqiyyət arzulayıram", - deyə o əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
-
Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir
-
Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edir
-
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
-
Sadır Japarov “Heydər Əliyev” ordeni ilə təltif edilib - Sərəncam
XƏBƏR LENTİ
-
Nərimanovda sahibkarların taleyi sual altındadır - Obyektlər söküləcək?
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
-
Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?
-
Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
-
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
-
Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Temperatur 39 dərəcəyə qalxacaq - Proqnoz
-
İtaliya futbolunun əfsanəsi vəfat etdi - (Foto)
-
135 nömrəli marşrutun avtobusları dəyişdirilir
-
Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edir
-
Köçəryana həm rədd cavabı, həm də ödəniş qərarı
-
"MedAura" işi üzrə hökm açıqlandı: Hər iki həkim 3 il azadlıqdan məhrum edildi
-
Yük maşını dayanmış avtomobili vurdu, 2 nəfər həyatını itirdi
-
AZAL Tbilisi və İstanbula reyslərin sayını artırıb
-
Xankəndi–Şuşa yolunda ağır qəza - Ölən var
-
Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)
-
Lənkəranda kanalda meyit tapılıdı
-
Çolpon-Ata şəhərində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə dövlət ziyafəti verilib
-
Qarabağ Universitetinə qəbul balları açıqlandı - (Foto)
-
Namidə İsayeva vəzifəsindən ayrıldı
-
"Uşaq döyülüb" iddiası ilə bağlı bağça rəhbərliyindən açıqlama





