Hadisə

Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü

31 İyul 2026 13:16
Baxış: 280
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İranın Mazandaran vilayətinin Ramsər şəhərində Xəzər dənizində 5 nəfər boğularaq ölüb.

Milli.Az apa-ya istinadla xəbər verir ki, ötən gün üzgüçülüyün qadağan olunması ilə bağlı xəbərdarlığa baxmayaraq, 7 turist Ramsərin Toskə sahilində təhlükəli və üzgüçülük üçün qadağan olunmuş ərazidə dənizdəki güclü axına düşüb.

Nəticədə 5 nəfər isə boğularaq ölüb, iki nəfər isə xilas edilib.

Boğulanlardan birinin itkin düşməsi səbəbindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qeyd edək ki, ötən gün hava şəraiti və dənizdə dalğaların hündürlüyü ilə əlaqədar Xəzər dənizinin bütün sahilboyu ərazilərində, o cümlədən sözügedən çimərlikdə üzgüçülüyə qadağa qoyulmuşdu.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.