“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nar"ın dəstəyi ilə həyata keçirilən "Bütün Vücudlar Danışır" sosial layihəsi inklüzivliklə bağlı maarifləndirməni yeni formatda davam etdirir. "DanceAbility Azerbaijan" tərəfindən icra olunan layihə çərçivəsində icma üzvlərinin real həyat təcrübələri illüstrasiyalı hekayələr vasitəsilə ictimaiyyətə təqdim olunur.
Bu formatda paylaşılmış ilk hekayə eşitmə məhdudiyyəti olan və əmək fəaliyyətinə yeni başlayan Nərgizin həyat təcrübəsinə əsaslanır. Bu yanaşma qısa mətn və aydın illüstrasiyalar vasitəsilə inklüzivliyə dair müxtəlif mövzuları əlçatan şəkildə çatdıraraq bu sahədə məlumatlılığın artırılmasına töhfə verir.
Qeyd edək ki, layihənin məqsədi əlilliyi olan və olmayan şəxslərin birgə iştirakını təşviq etmək, inklüziv icmanı gücləndirmək və əlillik mövzusunda ictimai məlumatlılığı artırmaqdır. 2025-ci ilin dekabr ayından etibarən davam edən layihədə indiyədək 238 nəfər iştirak edib. Onlardan 51 nəfəri əlilliyi olan, 187 nəfəri isə əlilliyi olmayan şəxslərdir. Layihə çərçivəsində rəqs məşğələləri, icma görüşləri, master-klaslar və müxtəlif birgə fəaliyyətlər təşkil olunur. İştirak etmək istəyən şəxslər qeydiyyat linki vasitəsilə müraciət edə və ya "WhatsApp" üzərindən (+994772828880) əlaqə saxlaya bilərlər.
"Nar" sosial məsuliyyət strategiyası çərçivəsində inklüziv cəmiyyətin inkişafını, bərabər imkanların yaradılmasını və hər kəsin cəmiyyət həyatında fəal iştirakını dəstəkləyir. "Bütün Vücudlar Danışır" layihəsinə göstərilən dəstək də bu istiqamətdə həyata keçirilən təşəbbüslərin tərkib hissəsidir.
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar" son 7 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar"ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Külək nə vaxt zəifləyəcək?
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)
-
Nərimanovda sahibkarların taleyi sual altındadır - Obyektlər söküləcək?
-
Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?
-
Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
XƏBƏR LENTİ
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Külək nə vaxt zəifləyəcək?
-
Fransada bina çökdü - Ölən və yaralılar var
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
Zümrüd Qasımovanın ailəsində ağır itki - (Foto)
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)
-
Nərimanovda sahibkarların taleyi sual altındadır - Obyektlər söküləcək?
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
-
Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?
-
Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
-
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
-
Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı
-
Temperatur 39 dərəcəyə qalxacaq - Proqnoz
-
İtaliya futbolunun əfsanəsi vəfat etdi - (Foto)
-
135 nömrəli marşrutun avtobusları dəyişdirilir
-
Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak edir
-
Köçəryana həm rədd cavabı, həm də ödəniş qərarı
-
"MedAura" işi üzrə hökm açıqlandı: Hər iki həkim 3 il azadlıqdan məhrum edildi
-
Yük maşını dayanmış avtomobili vurdu, 2 nəfər həyatını itirdi





