Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi (AEM) "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı insan həyatı və sağlamlığı üçün təhlükə yaradan çoxsaylı qanun pozuntuları aşkarlayıb.
Milli.Az xəbər verir ki, mərkəzdən bildirilib ki, yoxlama 21-23 iyul tarixlərində həyata keçirilib. Nəticədə tibbi alətlərin sterilizasiyası, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin sanitariya norma və qaydalarına uyğun aparılmadığı, həmçinin lisenziya şərtlərinin pozulduğu müəyyən edilib.
Yoxlama zamanı bir sıra tibbi xidmət sahələri üzrə zəruri prosedur və qəbul otaqlarının təşkil edilmədiyi, rentgen fəaliyyəti üçün xüsusi icazənin müddətinin başa çatdığı, radioloji sənədlərin təqdim olunmadığı aşkarlanıb.
Bundan başqa, tibbi tullantıların idarə olunması, saxlanılması və çeşidlənməsi qaydalara uyğun həyata keçirilməyib. Müəssisədə yararlılıq müddəti bitmiş dərman vasitələrinin saxlanıldığı, dərmanların mühafizəsi ilə bağlı tələblərin pozulduğu da müəyyən edilib.
AEM həmçinin bəzi əməkdaşların ixtisaslarına uyğun olmayan vəzifələrdə çalışdığını, lisenziyada nəzərdə tutulmayan kosmetoloji xidmətlərin göstərildiyini və bəzi işçilərin əmək müqavilələrinin yoxlamaya təqdim edilmədiyini açıqlayıb.
Qeyd olunan pozuntular nəzərə alınaraq, müəssisədə stasionar tibbi xidmətin fəaliyyəti dayandırılıb. Klinikaya nöqsanların 10 iş günü ərzində aradan qaldırılması barədə göstəriş verilib. Bu müddətdən sonra müəssisədə təkrar yoxlama aparılacaq və nəticəyə uyğun qərar veriləcək.
Xatırladaq ki, son günlər "Vital Hospital" ölü doğulan körpənin meyitinin zirzəmiyə atıldığı iddiaları ilə gündəmə gəlmişdi. Hadisənin ictimailəşməsindən sonra Səhiyyə Nazirliyi klinikada araşdırmalara başlamışdı.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
XƏBƏR LENTİ
-
ABŞ Prezidenti İrana qarşı mövqeyini açıqladı
-
Gülbən Ergənin "Instagram" gəliri gündəm oldu
-
Ağdam–Xankəndi dəmir yolunda işlərin 44 faizi tamamlandı
-
İsti havalarda nə yeməli, nə içməli?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak ediblər
-
Nəsibə Zeynalova oğlunu sınağa çəkibmiş - Cahangir Novruzov danışdı
-
Moskvadan yeni açıqlama: İki yaşayış məntəqəsi ələ keçirilib
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Külək nə vaxt zəifləyəcək?
-
Fransada bina çökdü - Ölən və yaralılar var
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
Zümrüd Qasımovanın ailəsində ağır itki - (Foto)
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)
-
Nərimanovda sahibkarların taleyi sual altındadır - Obyektlər söküləcək?
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
-
Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?
-
Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
-
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
-
Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı





