"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunan "Arzum 999" ləqəbi ilə tanınan tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Milli.Az Teleqraf-a istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama münasibət bildirən İ.Hacıyeva özünü təqsirli bilmədiyini deyib.
Daha sonra İ.Hacıyeva ifadəsində həmin gün qızı və rəfiqəsi Müjgan Məmmədzadə ilə dənizə getdiklərini bildirib:
"Qızım Bakıya gəlmişdi, birlikdə dənizə getdik. Səhərə yaxın aeroporta gedəcəkdi. Mərdəkan-Qala yolu ilə gedirdik, sürət həddimiz 70-80 idi. Sürəti azaldıb dönmək istəyəndə arxadan işıq sürəti ilə maşın gəlib elə keçdi ki, maşın yerində yellənməyə başladı. Birdən gördüm ki, həmin maşın düz üç dəfə yerində dönməyə başladı. Qorxudan, həyəcandan dizlərim tutuldu, həmin an özümdən getdim. Gözümü xəstəxanada açanda dəli kimi qışqıraraq qıza "su verin" dediyim anı xatırlayıram".
O, Almaniyada olanda müxtəlif sosial şəbəkə hesablarından hədələyici mesajlar aldığını söyləyib:
"Mesajlarda "Bakıya qayıt, gördüyümüz yerdə dərini soyacağıq" kimi yazılar var idi. Mən müstəntiq tapıb onunla danışdım, mesajlar barədə ona bildirdim. O dedi ki, narahat olmayın, siz sadəcə şahidsiniz. Bakıya gələndə müstəntiqi yığıb burada olduğumu dedim. İfadə vermək istədiyimi bildirdim. O mənə icazəli olduğunu, işə çıxmadığını bildirdi. Mən təzədən Almaniyaya qayıtdım. Çox keçmədi ki, müstəntiq zəng etdi ki, gəl Bakıya, izahat ver. Gəldim, gələn kimi mənim ölkədən çıxışıma "stop" qoyuldu".
Zərərçəkənin hüquqi varisi I.Məlikova bildirib ki, bu qətimkan tədbiri ilə razı deyil:
"Hadisə vaxtı sənə kömək elədilər, bəs düşünmədin ki, onlar da kiminsə övladıdır? Şikayətçiyəm".
Məhkəmədə daha sonra şahidlər ifadə verib.
Şahid Babək Piriyev bildirib ki, İ.Hacıyevanın idarə etdiyi maşının icarədarı olub:
"İlduzə xanım bizdən maşın kirayələmişdi. Sonra bizə zəng etdilər ki, belə bir bədbəxt hadisə baş verib. Gedib maşını aeroportdan götürdük. Bir neçə gün sonra mənə polisdən zəng gəldi. Maşın 1 aya yaxın polisdə qalmışdı".
Növbəti məhkəmə prosesi avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb.
Gecə yarısı "Changan" markalı avtomobili idarə edən "Arzum" sola dönmə manevri edərkən arxadan gələn "Mercedes" markalı avtomobillə yandan toqquşub. Nəticədə "Mercedes" idarəetmədən çıxaraq maneəyə çırpılıb və bir neçə dəfə aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü 29 yaşlı Amal Məlikov hadisə yerində ölüb, həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb.
"Arzum" ləqəbli tiktokerə qarşı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
XƏBƏR LENTİ
-
ABŞ Prezidenti İrana qarşı mövqeyini açıqladı
-
Gülbən Ergənin "Instagram" gəliri gündəm oldu
-
Ağdam–Xankəndi dəmir yolunda işlərin 44 faizi tamamlandı
-
İsti havalarda nə yeməli, nə içməli?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak ediblər
-
Nəsibə Zeynalova oğlunu sınağa çəkibmiş - Cahangir Novruzov danışdı
-
Moskvadan yeni açıqlama: İki yaşayış məntəqəsi ələ keçirilib
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Külək nə vaxt zəifləyəcək?
-
Fransada bina çökdü - Ölən və yaralılar var
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
Zümrüd Qasımovanın ailəsində ağır itki - (Foto)
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)
-
Nərimanovda sahibkarların taleyi sual altındadır - Obyektlər söküləcək?
-
DİN ötən günün kriminal statistikasını açıqladı: 56 nəfər saxlanıldı
-
Xəzərin İran sahillərində 5 nəfər boğulub öldü
-
Bakıda ağaclar niyə möhkəm kök sala bilmir?
-
Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
-
Azərbaycanın Məşvərət görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması bu formatın müsbət təkamülündə yeni mərhələnin başlanğıcı olub - Tokayev
-
Prezident İlham Əliyev: Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı inkişaf etdirəcək
-
Prezident İlham Əliyev: Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir
-
Quba almasının qiyməti kəskin ucuzlaşdı





