Dünya

Köçəryana həm rədd cavabı, həm də ödəniş qərarı

31 İyul 2026 11:56
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı məhkəmə iddiası təmin edilməyib.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Ermənistanın Datalex.am məhkəmə məlumatları portalında dərc olunub.

Məlumata görə, Robert Köçəryan Nikol Paşinyanın onun barəsində səsləndirdiyi iddia edilən böhtan xarakterli fikirlərin geri götürülməsini və vurulduğunu iddia etdiyi mənəvi zərərə görə kompensasiya ödənilməsini tələb edib.

Lakin məhkəmə iddianı əsassız hesab edərək rədd edib.

Qərara əsasən, Robert Köçəryan Baş nazir Nikol Paşinyanın vəkil xərclərinin qarşılanması üçün 200 min dram (təxminən 550 ABŞ dolları) məbləğində ödəniş etməlidir.

Qeyd olunub ki, tərəflər qərardan narazı qaldıqları halda, onun elan edildiyi tarixdən etibarən bir ay ərzində Ermənistanın Mülki Apellyasiya Məhkəməsinə şikayət vermək hüququna malikdirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.