Hadisə

Çimərlikdə oğurluq edən şəxs saxlanıldı

31 İyul 2026 16:15
Baxış: 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Səbail rayonu ərazisində yerləşən çimərliklərin birində oğurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək içərisində 710 manat dəyərində mobil telefon və digər şəxsi ləvəzimatların olduğu çantalarının naməlum şəraitdə oğurlandığını bildiriblər.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 52 yaşlı E.Məmmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənlərin çantalarını nəzarətsiz qoymasından sui-istifadə edərək əməli törətdiyi məlum olub.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.