150 balla qəbul mümkün olan ixtisasların sayı artırılıb - DİM sədri
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ali təhsil müəssisələrinə 150 balla qəbul mümkün olan ixtisasların sayı artırılıb.
Milli.Az Trend-ə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, qaydalara əsasən, bu balla ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsində iştirak etmək mümkündür:
"Dövlət sifarişi əsasında ayrılmış yerlər üzrə isə abituriyentlərin ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə minimum 100 olmalıdır.
I ixtisas qrupu üzrə 150 balla meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi və ekologiya mühəndisliyi ixtisaslarına qəbul mümkündür.
Bundan başqa, 2026-cı ildən kompüter mühəndisliyi, informasiya texnologiyaları, qida mühəndisliyi, elektrik və elektronika mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, mexanika mühəndisliyi, radiotexnika və telekommunikasiya mühəndisliyi ixtisasları da bu siyahıya əlavə edilib".
DİM sədri qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, aqromühəndislik, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yerquruluşu və daşınmaz əmlakın kadastrı, həmçinin zoomühəndislik ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla 150 ballıq müsabiqədə iştirak mümkündür:
"II ixtisas qrupu üzrə marketinq, biznesin idarə edilməsi, turizm bələdçiliyi və turizm işinin təşkili ixtisaslarına 150 balla qəbul mümkündür.
2026-cı ildən etibarən mühasibat, dövlət və bələdiyyə idarəetməsi, maliyyə, iqtisadiyyat, menecment, beynəlxalq ticarət və logistika, eləcə də nəqliyyatda servis (nəqliyyat növləri üzrə) ixtisasları da bu siyahıya daxil edilib.
III ixtisas qrupu üzrə muzey, arxiv işi və abidələrin qorunması, sosial iş və regionşünaslıq (regionlar üzrə) ixtisaslarında ödənişli əsaslarla qəbul üçün minimum bal tələbi 150-dir".
Məleykə Abbaszadə bildirib ki, IV ixtisas qrupu üzrə ekologiya ixtisasına ödənişli əsaslarla 150 balla qəbul mümkündür:
"Bundan əlavə, bağçılıq və tərəvəzçilik, baytarlıq təbabəti, bitki mühafizəsi, su bioehtiyatları və akvakultura ixtisaslarında həm dövlət sifarişi, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər".
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
XƏBƏR LENTİ
-
ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər - KİV
-
Narkotik satışı ilə bağlı iki nəfər saxlanıldı
-
Baş nazir sərəncam imzaladı
-
Ben Afflek "Kim milyonçu olmaq istəyir?"də 1 milyon dollar qazandı - (Foto)
-
“Keçid ballarının artacağı gözlənilir” - Məleykə Abbaszadə
-
Çimərlikdə oğurluq edən şəxs saxlanıldı
-
150 balla qəbul mümkün olan ixtisasların sayı artırılıb - DİM sədri
-
Mənzil alarkən minlərlə manat itirə bilərsiniz - Səbəblər
-
Rusiya Ukraynanın itkilərini yenilədi
-
ABŞ Prezidenti İrana qarşı mövqeyini açıqladı
-
Gülbən Ergənin "Instagram" gəliri gündəm oldu
-
Ağdam–Xankəndi dəmir yolunda işlərin 44 faizi tamamlandı
-
İsti havalarda nə yeməli, nə içməli?
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva İssık-Kul gölünün sahilində “Baku Resort & Spa” mehmanxanasının açılışında iştirak ediblər
-
Nəsibə Zeynalova oğlunu sınağa çəkibmiş - Cahangir Novruzov danışdı
-
Moskvadan yeni açıqlama: İki yaşayış məntəqəsi ələ keçirilib
-
"Məni hədələyirdilər" - "Arzum 999" məhkəmədə diqqətçəkən açıqlamalar verdi
-
Ölü doğulan körpənin meyitini zirzəmidə gizlədən klinika ilə bağlı qərar verildi
-
Külək nə vaxt zəifləyəcək?
-
Fransada bina çökdü - Ölən və yaralılar var
-
Binəqədidə yanğın başlayıb
-
Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü
-
Zümrüd Qasımovanın ailəsində ağır itki - (Foto)
-
“Nar”ın dəstəyi ilə inklüzivliyə dair real həyat hekayələri təqdim edilir - (Foto)





