SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracı son illərdə əhəmiyyətli dərəcədə artaraq 2025-ci ildə təxminən 12,8 milyard kubmetrə çatıb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov "Euronews" telekanalının "Business Horizons" proqramına müsahibəsinin əsas mövzusu olub.
Proqramda qeyd olunub ki, Azərbaycanın enerji dəhlizləri Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır və ölkənin qlobal enerji bazarındakı əhəmiyyəti son illər daha da artıb.
SOCAR-ın vitse-prezidentinin müavini bildirib ki, Azərbaycanın ixrac marşrutları həm ölkə, həm də Avropa üçün strateji əhəmiyyət daşıyır: "Deyərdim ki, onlar həm Avropanın enerji mənbələrinin şaxələndirilməsi, həm də bizim üçün son dərəcə vacibdir". ".
Vitali Bəylərbəyovun sözlərinə görə, geosiyasi proseslər fonunda SOCAR-ın beynəlxalq əməkdaşlıq coğrafiyası da genişlənib: "Bizim üçün əsas dəyişiklik ondan ibarətdir ki, indi getdikcə daha çox ölkə ilə işləyirik. Qaz tədarük etdiyimiz, eləcə də xidmət və texnologiyalar aldığımız ölkələrdə tərəfdaşlarımızın sayı durmadan artır".
O vurğulayıb ki, SOCAR Azərbaycanın bütün ixrac boru kəmərlərini idarə edir: "SOCAR ölkə adından Azərbaycandan çıxan bütün neft və qaz kəmərlərini idarə edir. Buraya Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəməri də daxildir. Bu kəmərlər həm qonşularımız, həm də bizi dünyanın qalan hissəsi ilə birləşdirən əsas arteriyalar kimi böyük əhəmiyyət daşıyır".
Azərbaycanın boru kəmərlərinin Xəzər qazını Avropaya birləşdirən vacib "arteriya" rolunu oynadığını qeyd edən SOCAR rəsmisi enerji təhlükəsizliyinin əsas təminatının etibarlı tərəfdaşlıq münasibətləri olduğunu da bildirib: "Təmin edə biləcəyiniz ən yaxşı təhlükəsizlik şəffaf olmaq və dəyişən dünyada birlikdə yaşamaq və işləmək bacarığıdır. İlk növbədə, qonşularınızla, eyni zamanda uzunmüddətli tərəfdaşlıq münasibətləriniz olan bütün ölkələrlə yaxşı münasibətləri qoruyub saxlamaq lazımdır".
"Business Horizons" proqramında qeyd olunub ki, təxminən 3 500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizi Xəzər dənizini Avropa bazarları ilə birləşdirən ən mühüm enerji infrastruktur layihələrindən biridir. Azərbaycan qazı üç boru kəmərindən ibarət sistem vasitəsilə Avropaya nəql olunur və Avropa şəbəkəsinə qoşulduqdan sonra Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Almaniya və Avstriya daxil olmaqla bir sıra ölkələrə çatdırılır. Qeyd olunub ki, İtaliya 2025-ci ildə təxminən 9,5 milyard kubmetr qaz idxal etməklə Azərbaycanın Avropadakı ən böyük alıcısı olaraq qalıb.
SOCAR-ın Əməliyyatlar üzrə direktoru Elxan Sultanov isə proqrama müsahibəsində bildirib ki, şirkətin əsas məqsədi enerji resurslarını təhlükəsiz və fasiləsiz şəkildə istehlakçılara çatdırmaqdır.
"Bizim prioritetimiz çox sadədir - xam nefti müştərilərimizə təhlükəsiz, etibarlı, fasiləsiz və səmərəli şəkildə çatdırmaq", - o vurğulayıb.
Elxan Sultanovun sözlərinə görə, minlərlə kilometr uzunluğunda boru kəmərlərinin etibarlı işləməsi fasiləsiz nəzarət tələb edir: "Boru kəməri sistemi uzun məsafələr boyunca fasiləsiz fəaliyyət göstərir. Buna görə də sistemin bütövlüyünü və etibarlılığını yüksək səviyyədə saxlamaq komandamızdan daimi monitorinq tələb edir".
Elxan Sultanov vurğulayıb ki, enerji sektorunda dəqiqlik həlledici amildir: "Düşünürəm ki, bizim sahədə dəqiqlik həlledici əhəmiyyət daşıyır. Çünki hətta kiçik bir kənarlaşma belə təhlükəsizlik, səmərəlilik və əməliyyat fəaliyyətinə ciddi təsir göstərə bilər".
O əlavə edib ki, boru kəmərləri, sadəcə, infrastruktur deyil, böyük peşəkarlıq və müasir texnologiyalar tələb edən mürəkkəb sistemlərdir.
Proqramda sonda vurğulanıb ki, enerji təhlükəsizliyi təkcə resurslarla deyil, həm də dayanıqlı əməkdaşlıq, etimad və uzunmüddətli tərəfdaşlıq münasibətləri ilə təmin olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Azərbaycan neftinin qiyməti 98 dolları keçdi
-
Dünya bazarlarında neft ucuzlaşmaqda davam edir
-
Bakıda 35 milyonluq park salınır
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Son bir həftədə təbiətə 228 min ziyan vuruldu
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib - (Foto)
-
Bakıda bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Gülben Ergen İnstaqramdan ayda 400 min qazanır
-
"Haqsız yerə məni işdən çıxartdılar"
-
"Mənə paxıllıq edənlərin hamısı ölüb"
-
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - (Foto - Video)
-
Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilib
-
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
-
Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir
-
Xanəndə açıq ürək əməliyyatı keçirib
-
İspaniyanın “Şengen”dən çıxarılması çağırışına dəstək gəldi
-
ABŞ və İsrail İrana qarşı quru blokadası tətbiq edə bilər - KİV
-
Narkotik satışı ilə bağlı iki nəfər saxlanıldı
-
Baş nazir sərəncam imzaladı
-
Ben Afflek "Kim milyonçu olmaq istəyir?"də 1 milyon dollar qazandı - (Foto)
-
“Keçid ballarının artacağı gözlənilir” - Məleykə Abbaszadə
-
Çimərlikdə oğurluq edən şəxs saxlanıldı





