Hadisə

Qaxda ağır qəza - Ölən və yaralananlar var

1 Avqust 2026 14:30
Baxış: 245
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qaxda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.

Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Mersedes" və " Niva" markalı avtomobillərin toqquşması nəticəsinə bir neçə nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə zamanı bir azyaşlının öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.