İdman

Ronaldo evlənir?

1 Avqust 2026 07:22
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyaşöhrətli futbolçu Kriştianu Ronaldo ilə Corcina Rodrigezin bu həftəsonu Portuqaliyada evlənəcəyi ilə bağlı iddialar gündəmə gəlib.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, səkkiz ildir, birlikdə olan cütlüyün Portuqaliyada nikah masasına əyləşəcəyi bildirilib.

Məlumata görə, toy mərasimi Sintra şəhərində yerləşən Quinta da Regaleira malikanəsində keçirilə bilər.

Digər tərəfdən, həmin məkan həftəsonu ziyarətçilər üçün açıq görünür. Bu isə həmin iddiaları təkzib edir.

Qeyd edək ki, Kriştianu Ronaldo daha əvvəl Corcina Rodrigez ilə evlənmək niyyətində olduğunu açıqlamışdı.

Portuqaliyalı futbolçu müsahibələrinin birində nişanlısı haqqında bu sözləri demişdi:

"Onunla evlənəcəyəm, çünki doğru zamanın gəldiyinə inanıram. Təkcə uşaqlarımın anası olduğu üçün deyil, həyatda ən çox sevdiyim insan olduğu üçün"."Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.