Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli Kino Günü münasibətilə CineMastercard-da "Tağıyev" filmləri həftəsi keçiriləcək
Azərbaycan Milli Kino Günü münasibətilə CineMastercard premium kinoteatrlar şəbəkəsində "Tağıyev" filmləri həftəsi keçiriləcək. 2-9 avqust tarixlərində baş tutacaq nümayişlər zamanı tarixi kinolayihənin dörd tammetrajlı filmi böyük ekranda təqdim olunacaq.
Bakı Media Mərkəzi tərəfindən Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gətirilən layihə görkəmli Azərbaycan xeyriyyəçisi, sənayeçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin həyatına, fəaliyyətinə və zəngin irsinə həsr olunub. Filmlərin çəkilişləri üçün XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid Bakı şəhərinin tarixi məhəllələri yenidən qurulub, layihənin ərsəyə gəlməsində minlərlə mütəxəssis və kütləvi səhnə iştirakçısı yer alıb.
1 hissə: "Tağıyev: Neft" (2024) Hacı Zeynalabdin Tağıyevin sənayeçi kimi formalaşmasını, neft sənayesinin inkişafına verdiyi töhfələri və genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinin başlanğıcını əks etdirir.
2 hissə: "Tağıyev: Çar" (2025) tamaşaçıları 1888-ci ilə apararaq imperator III Aleksandrın Bakıya səfərini və Tağıyevin yerli əhalinin hüquqlarının müdafiəsi uğrunda mübarizəsini nümayiş etdirir.
3 hissə: "Tağıyev: Sona" (2025) filmi isə xeyriyyəçinin ailə həyatına, həyat yoldaşı Sona xanımla münasibətlərinə işıq salır.
4 hissə: "Tağıyev: Məktəb" (2026) 1901-ci ildə müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılmasından, bu tarixi təşəbbüsün həyata keçirilməsi naminə Hacı Zeynalabdin Tağıyevin qarşılaşdığı çətinliklərdən və onun maarifçilik ideallarına sadiqliyindən bəhs edir.
"Tağıyev" filmləri həftəsi tamaşaçılar üçün Milli Kino Gününü qeyd etməklə yanaşı, son illərin ən irimiqyaslı yerli kinolayihələrindən birini yenidən böyük ekranda izləmək və Azərbaycan tarixində silinməz iz qoymuş görkəmli şəxsiyyətin həyat yoluna bir daha nəzər salmaq imkanı yaradacaq.
Seanslar haqqında ətraflı məlumat CineMastercard-ın rəsmi saytı və mobil tətbiqində mövcuddur.
DİGƏR XƏBƏRLƏR
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Əməkdar incəsənət xadimi Aqil Məlikovun vəziyyəti ağırdır
-
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub - (Foto- Video)
-
Bakıda yubiley “Rəqs edən brilyantların gecəsi” qala-şousunun biletlərinin satışına başlanılıb - (Video)
-
Azerbaijan Fashion Week 20-ci yubiley mövsümünü Bakıda uğurla başa vurdu - (Foto)
-
Nəriman Həsənzadənin vəziyyəti yenidən ağırlaşdı
XƏBƏR LENTİ
-
Zümrüd Qasımovanın ailəsində ağır itki
-
Hüseyn Həsənov üçün 6 il həbs tələbi - 155 milyon cərimələnə bilər
-
Beyləqanda ağır yol qəzası: 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb
-
Milli Kino Günü münasibətilə CineMastercard-da “Tağıyev” filmləri həftəsi keçiriləcək
-
Qırğızıstan mediası Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
-
Əliyar Ağayev UEFA-dan təyinat aldı
-
Böyük məbləğ. Böyük imkanlar. VTB (Azərbaycan) 0 komissiya ilə 100 000 AZN-dək kredit kampaniyasına start verir
-
Qazini cərəyan vurub öldürdü
-
Prezident İlham Əliyevin sosial media hesablarında Qırğızıstana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
Son bir həftədə təbiətə 228 min ziyan vuruldu
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub
-
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri başa çatıb - (Foto - Video)
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində hakimlər kollegiyası müşavirəyə gedib - (Foto)
-
Bakıda bir sıra küçə və yollarda hərəkət məhdudlaşdırılacaq
-
SOCAR rəsmisi: Azərbaycanın boru kəmərləri Xəzər qazını Avropaya birləşdirən vacib "arteriyalar" rolunu oynayır - EURONEWS
-
Bahalı depozit xərcləri "AFB Bank"ın mənfəətini kəskin "əritdi" – 11 DƏFƏ AZALMA
-
Ramiz Mehdiyevin bankı bağlandı
-
Gülben Ergen İnstaqramdan ayda 400 min qazanır
-
"Haqsız yerə məni işdən çıxartdılar"
-
"Mənə paxıllıq edənlərin hamısı ölüb"
-
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - (Foto - Video)
-
Şuşa şəhərində təcili tibbi yardım bölməsi istifadəyə verilib
-
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
-
Azərbaycanda bu qadınlara 126 gün ödənişli məzuniyyət verilir





