Alimlər insan ömrünün maksimum həddini açıqladı - 150-190 il
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan ömrünün nə qədər uzadıla biləcəyi ilə bağlı araşdırmalar davam edir.
Milli.Az xəbər verir ki, Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri apardıqları yeni tədqiqatda insan orqanizminin nəzəri olaraq çata biləcəyi maksimum ömür həddini müəyyənləşdirməyə çalışıblar.
Kompüter simulyasiyalarına əsaslanan araşdırmanın nəticələrinə görə, yaşlanma ilə əlaqəli bütün xəstəliklərin qarşısı alınsa belə, insan orqanizminin bioloji məhdudiyyətləri qalır.
Mütəxəssislərin hesablamalarına əsasən, hətta bütün xəstəliklərin aradan qaldırıldığı hipotetik ssenaridə belə insan ömrü təxminən 150-190 il arasında məhdudlaşa bilər.
Araşdırmada bunun əsas səbəblərindən biri kimi hüceyrələrdə zamanla toplanan somatik DNT mutasiyaları göstərilir. Bu mutasiyaların uzun müddət ərzində həyati orqanların fəaliyyətinə mənfi təsir göstərə biləcəyi bildirilir.
Ürək və beyin hüceyrələri yenilənmir
Tədqiqatçılar qocalma prosesində hüceyrələrin yenilənmə qabiliyyətinin mühüm rol oynadığını müəyyən ediblər.
Qaraciyər və dəri kimi toxumalar mütəmadi olaraq yenilənə bildiyi halda, ürək və beyin kimi həyati orqanlardakı hüceyrələrin yenilənməsi olduqca məhduddur.
Nəticədə illər ərzində bu hüceyrələrdə zədələnmiş DNT-lərin toplanması orqanların fəaliyyətinin pozulmasına səbəb ola bilər.
Alimlər vurğulayıblar ki, 150-190 il göstəricisi insan ömrünün dəqiq və dəyişməz həddi deyil. Bu, qocalma mexanizmlərini öyrənmək üçün hazırlanmış riyazi modelin nəticəsidir.
Mütəxəssislərin fikrincə, hazırda insanların bu nəzəri həddən xeyli qısa yaşaması qocalmanın yalnız DNT mutasiyaları ilə bağlı olmadığını göstərir.
Tədqiqatın əsas məqsədinin insan ömrünü sonsuzadək uzatmaqdan daha çox, yaşlılıq dövründə insanların daha sağlam və keyfiyyətli həyat sürməsinə imkan verəcək müalicələrin hazırlanmasına töhfə vermək olduğu qeyd edilib.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bakıda 30 yaşlı kişi faciəli şəkildə öldü
-
Qarışqalar qadının seyfdəki 50 min manatını yedilər
-
Sükan arxasında TikTok açan sürücülərə xəbərdarlıq
-
Uşaqpulu gözləyənlərə cavab - Gələn il də...
-
Qışda kombi problemi yaşamamaq üçün 5 vacib qayda
-
Rəqsanəyə ağır itki - (Video)
-
Azərbaycan XİN-dən Polşa ilə bağlı paylaşım - (Foto)
-
Azərbaycanda Aİ-95 istehsalı kəskin azaldı - Səbəb
-
Cinayətdə şübhəli bilinən 37 nəfər saxlanıldı
-
Təbii qaz bahalaşdı - Yeni qiymətlər
-
Məleykə Əsədova: "Qızım da ağlayırdı, mən də"
-
Qızıl və gümüşün qiyməti dəyişdi
-
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
-
Adınıza xəbəriniz olmadan kredit götürülərsə, borcu kim ödəməlidir?
-
70 kilo qızılla tutulan polkovnikdən xəbər var
-
Azərbaycan nefti ucuzlaşdı
-
Türkan Vəlizadə təyyarədə təhlükəli anlar yaşadı - (Video)
-
Dollar almaq istəyənlərin diqqətinə
-
Əməkhaqqı və pensiyalarla bağlı yenilik
-
"Brent" bahalaşdı
-
Paşinyan Türkiyəyə səfər edib
-
“Vicdan haqqı”nın aktyorunun əkizləri dünyaya gəldi - (Foto)
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu





