Qaxda ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var.
Milli.Az Report-a istinadla xəbər verir ki, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Əlibəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mersedes" və " Niva" markalı avtomobillərin toqquşması nəticəsinə bir neçə nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə zamanı bir azyaşlının öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)