Amerika

ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb

1 Avqust 2026 21:00
Baxış: 215
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Dövlət Departamenti 50 ölkə vətəndaşına 20 min dollara qədər girov müqabilində giriş vizalarının verilməsini nəzərdə tutan qaydaları daimi əsasda tətbiq etmək qərarına gəlib.

Milli.Az xəbər verir ki, bu barədə ABŞ-nin Federal Reyestrində dərc olunan bildirişdə qeyd olunub.

Siyahıya Əlcəzair, Anqola, Antiqua və Barbuda, Banqladeş, Benin, Botsvana, Burundi, Butan, Vanuatu, Venesuela, Qabon, Qambiya, Qvineya, Qvineya-Bisau, Qrenada, Gürcüstan, Cibuti, Dominika, Zambiya, Zimbabve, Kabo-Verde, Kamboca, Qırğızıstan, Kot-d'İvuar, Kuba, Lesoto, Mavriki, Mavritaniya, Malavi, Mozambik, Monqolustan, Namibiya, Nepal, Nigeriya, Nikaraqua, Papua-Yeni Qvineya, San-Tome və Prinsipi, Seyşel adaları, Seneqal, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tuvalu, Tunis, Türkmənistan, Uqanda, Fici, MAR və Efiopiya daxil edilib.

Sənəddə qeyd edildiyi kimi, proqrama dəyişikliklər edilib. Əgər son bir il ərzində konkret hallardan asılı olaraq girovun məbləği 5 min, 10 min və ya 15 min dollar təşkil edirdisə, indi maksimal məbləğ 20 min dollara qədər artırılıb, 5 min dollarlıq girov variantı isə ləğv edilib.

Dövlət Departamentinin məlumatına görə, əcnəbi vətəndaş ABŞ-ni vaxtında tərk etdikdən sonra girov tam həcmdə qaytarılır./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.