Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayın istisində bir çox insan evi kondisionersiz sərin saxlamağın sadə yollarını axtarır. Son vaxtlar geniş yayılan üsullardan biri isə dondurulmuş su butulkasından istifadə etməkdir. Bəs bu üsul doğrudanmı otağın temperaturunu aşağı salır?
Milli.Az xəbər verir ki, bu metod üçün sadəcə plastik (PET) butulka, su və dondurucu kifayətdir. Butulkaya su doldurulub tam donana qədər dondurucuda saxlanılır, daha sonra isə otağa qoyularaq əriməsi gözlənilir. Buz əridikcə ətrafdakı havadan istilik enerjisini özünə çəkir. Buna görə də butulkanın yaxınlığında müəyyən qədər sərinlik hiss olunur. Əgər butulka ventilyatorun qarşısına yerləşdirilərsə, yaranan sərin hava otağa daha yaxşı yayıla bilər.
Bu üsul üçün 1-2 ədəd 1-1,5 litrlik plastik butulka, su, kondensasiya nəticəsində yaranan suyun mebelə zərər verməməsi üçün boşqab və ya nimçə, istəyə görə isə ventilyator lazımdır. Əvvəlcə butulkalar su ilə doldurulur və dondurucuya yerləşdirilir. Su tam donduqdan sonra butulkalar çıxarılaraq otaqda sabit səthin üzərinə qoyulur. Altına mütləq boşqab və ya nimçə yerləşdirilməsi tövsiyə olunur. Mütəxəssislərin sözlərinə görə, nəzəri baxımdan 1,5 litr buz 15-20 kvadratmetrlik otağın temperaturunu az da olsa aşağı sala bilər. Lakin real nəticə bir sıra amillərdən asılıdır.
Otağın istilik izolyasiyası, pəncərə və qapılardan daxil olan isti hava, otaqdakı insanların sayı, işləyən elektrik cihazlarının yaydığı istilik və ümumi istilik yükü bu təsiri xeyli azalda bilər. Əgər otaq tam izolyasiya olunmuş, yəni çöldən və daxildən heç bir istilik mənbəyi olmasa, buz daha nəzərəçarpacaq sərinlik yarada bilər. Ancaq adi mənzillərdə belə şərait demək olar ki, mümkün deyil.
Bundan əlavə, suyun dondurulması üçün dondurucu elektrik enerjisi sərf edir və işlədiyi müddətdə özü də istilik yaradır. Bu səbəbdən ümumi enerji sərfiyyatı baxımından bu üsul kondisioneri əvəz edə bilməz. Dondurulmuş su butulkası otaqda cüzi sərinlik hissi yarada bilər. Lakin ondan otağın temperaturunu ciddi şəkildə aşağı salmasını gözləmək düzgün deyil. Bu üsul yalnız qısa müddətli və məhdud təsir göstərən sadə bir həll hesab olunur./Lent.az
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avqust ayında bürcləri nələr gözləyir?
-
Yüksək təzyiqi olanlar üçün ən faydalı pendir
-
Dondurulmuş su butulkası otağı sərinləşdirə bilərmi?
-
Gecə qəhvə içməyin təsiri
-
"Onların yoxluğu dərin bir boşluqdur"
-
"Bala hatun" yeni serialda
-
Masallıda maşın aşdı - Xəsarət alan var
-
Bu bürclər üçün ağ günlər başlayacaq
-
Azyaşlı futbolçu faciəvi şəkildə öldü
-
Sənur Əzizov həbs edildi
-
Tofiq Musayev UFC-də ikinci qələbəsini qazandı
-
Argentinada ən istedadlı gənc futbolçu qəzada öldü
-
Prezident İlham Əliyev Nəriman Həsənzadənin vəfatı ilə əlaqədar paylaşım edib - (Foto)
-
"Qara Tofiq" vəfat etdi
-
ABŞ 50 ölkə vətəndaşı üçün viza girovunu 20 min dollara qədər artırıb
-
"Nilay" "Kızılcık şerbeti"ndən gedir
-
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
-
Lerikdə zəlzələ olub
-
Azərbaycan banklarına əhalinin əmanətləri il ərzində 15 %-dən çox artıb
-
Rusiyada banklardan rekord həcmdə nağd pul çıxarıldı
-
12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?
-
Corcio Armani haqda serial çəkilir
-
Fədayə Laçın həbsxana həyatından danışdı
-
Can Kolukısa vəfat etdi





