Hadisə

Tovuzda ağır qəza - Yaralanan var

2 Avqust 2026 16:31
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

"Vaz-2107" markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində "Vaz-2107" avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.