Hadisə

Hacıqabulda qəza: Bir nəfər ölüb

2 Avqust 2026 17:21
Baxış: 249
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hacıqabul rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az apa-ya istinadən xəbər verir ki, qəza Bakı-Qazax magistralının 108-ci kilometrliyində, rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "KamAZ" markalı yük avtomobili ilə BYD markalı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini, 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı isə aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.