Hadisə

Bakı-Qazax yolunda qəza - Ölən var

2 Avqust 2026 18:24
Baxış: 295
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı-Qazax yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, hadisə Bakı-Qazax yolunun Hacıqabul rayonunun Pirsaat kəndinin keçən hissəsində qeydə alınıb.

"KamAz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.