Hadisə

Dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü - (Foto)

3 Avqust 2026 10:16
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ötən gün Bakı-Qazax magistral yolunun 108-ci kilometrliyində - Hacıqabulun Pirsaat kəndində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya düşən ailə 3 il əvvəl də faciə ilə üzləşibmiş.

Belə ki, "KamAZ" markalı yük maşınına çırpılan "BYD" markalı minik avtomobilinin sürücüsü Namiq Əmirxanovun qızı, Bakı Musiqi Akademiyasının 4-cü kurs tələbəsi 20 yaşlı Aynur Əmirxanlı 2023-cü ilin noyabrında yaşadığı evdə dəm qazından boğularaq ölübmüş.

Bu dəfə isə Aynurun atası ilə anasının olduğu avtomobil Hacıqabul ərazisində yük avtomobilinə çırpılıb. Nəticədə onun 1979-cu il təvəllüdlü anası Svetlana Ocaqverdi qızı İbadova hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Qeyd edək ki, tələbənin ölümündən sonra ailəsi onun adına kitab evi açıb.



Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.