Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Magistraturaya qəbul olunanların elektron qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, magistraturaya qəbul olunan şəxslərin elektron qeydiyyatı bu gün - 3 avqust saat 15:00-da başlayacaq.
Qəbul olunanlar 12 avqust saat 18:00-dək https://my.gov.az/ platforması üzərindən elektron qeydiyyatdan keçməlidirlər. Müəyyən edilmiş müddətdə qeydiyyatdan keçməyən şəxslər qəbuldan imtina etmiş hesab olunacaqlar.
Bu il magistratura səviyyəsinə qəbul üzrə ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845 nəfər ali təhsil müəssisələrinə qəbul olunub. Onlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır.
Ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166 nəfər, magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb. Dövlət hesabına təhsil almaq hüququ qazanan bakalavrların sayı da əhəmiyyətli dərəcədə yüksəlib. Belə ki, ötən il 5 798 nəfər dövlət sifarişi ilə qəbul olunduğu halda, bu il bu göstərici 6 580 nəfərə çatıb, əlavə olaraq 52 nəfər də dövlət hesabına qəbul edilib. Nəticədə, ödənişsiz təhsil almaq imkanı əldə edənlərin sayı ötən illə müqayisədə 834 nəfər artıb.
2026-cı ildə magistratura səviyyəsi üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, ötən il 16 848 plan yerinin 79,81 faizi tutulmuşdu. Bununla yanaşı, bu il plan yerlərinin sayı ötən illə müqayisədə 810 yer artırılıb.
Magistraturaya qəbul 67 proqram üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi istiqamətlərinə uyğun proqramlarda ayrılmış plan yerlərinin hamısı dolub.
Ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin 90 faizdən çoxu tutulub.
Ən aşağı doluluq göstəricisi isə Bakı Avrasiya Universitetində (21,30 faiz) və Azərbaycan Kooperasiya Universitetində (36,51 faiz) qeydə alınıb.
DİM bildirib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı yaxın günlərdə elan ediləcək. Magistraturaya qəbul ola bilməyən bakalavrlar həmin mərhələdə yenidən ixtisaslaşma seçimi edə biləcəklər.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
XƏBƏR LENTİ
-
Dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü - (Foto)
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?
-
Tərtərdə narkotik əməliyyatı: 5 kiloqram narkotik vasitə aşkarlanıb
-
Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu
-
Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanı sabah keçiriləcək
-
Çox insanın sevdiyi yemək xərçəngə səbəb olurmuş
-
Kolleclərə ixtisas seçimi başladı
-
İrandan Almaniyaya aparılan yükdə 112 kiloqram heroin tapıldı
-
Neft qiymətləri yenidən ucuzlaşdı
-
Magistraturaya qəbul olunanların qeydiyyatı başlayır
-
Yasamalın bir hissəsində elektrik kəsiləcək
-
Təbii qazın qiyməti artdı
-
Avqustda pul cəlb edəcək bürclər
-
Küçələrə xüsusi boya çəkildi: Temperatur 10 dərəcə düşdü
-
Amerikada 152 milyard dollarlıq nəhəng xəzinə tapıldı
-
Yadplanetlilərin gizlənə biləcəyi yer tapıldı
-
Manqalda ətin yapışmaması üçün sadə üsul
-
Uşaqların ən sevimli səhər yeməyi: Kakaolu Pankek
-
Ürək tutmasının qarşısını alan şirə elan olundu
-
Dəfnə yarpağı dəmləməsinin bilinməyən faydaları
-
Sadə qatığı xüsusi desertə çevirən sirr
-
Tez-tez burun qanaması ciddi xəstəlikdən xəbər verə bilər
-
7 gün bunu etsəniz iltihabdan xilas olacaqsınız





