Cəmiyyət

Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı

3 Avqust 2026 10:36
Baxış: 373
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) istinad etdiyi araşdırmaya əsasən, su tərəsi qida dəyəri baxımından dünyanın ən zəngin bitkilərindən biri hesab olunur.

Nyu-Cersi ştatındakı Uilyam Paterson Universitetinin alimlərinin apardığı tədqiqat zamanı 47 meyvə və tərəvəzin qida tərkibi müqayisə edilib. Nəticədə su tərəsi mümkün olan 100 balın hamısını toplayaraq siyahıda ilk pillədə qərarlaşıb.

Araşdırmada məhsulların A, C, E və K vitaminləri, fol turşusu, dəmir, kalsium, kalium, lif və digər vacib maddələrlə zənginliyi qiymətləndirilib. Su tərəsi tərkibindəki 17 əsas qida maddəsinin yüksək miqdarı ilə Çin kələmi, ispanaq və pazı kimi məşhur yaşıl yarpaqlı tərəvəzləri geridə qoyub.

Mütəxəssislərin sözlərinə görə, bu bitki güclü antioksidant xüsusiyyətlərə malikdir. Su tərəsinin müntəzəm istehlakı hüceyrələri oksidləşdirici təsirlərdən qorumağa, immun sistemini gücləndirməyə, qan şəkərinin tənzimlənməsinə dəstək verməyə və bəzi xroniki xəstəliklərin yaranma riskini azaltmağa kömək edə bilər.

Bununla belə, alimlər qeyd edirlər ki, bu faydalar yalnız sağlam həyat tərzi və balanslaşdırılmış qidalanma çərçivəsində nəzərə alınmalıdır.

Su tərəsi əsasən axar suların kənarında, bulaqlarda və rütubətli ərazilərdə yetişir. Bitki Türkiyə ilə yanaşı, Azərbaycanın bəzi bölgələrində də təbii şəkildə yayılıb. Lakin gündəlik qidalanmada ispanaq, kahı və cəfəri qədər geniş istifadə edilmir.

Mütəxəssislər bildirirlər ki, su tərəsinin salat, sendviç və digər yeməklərdə istifadəsi orqanizmin vitamin və mineral ehtiyaclarının qarşılanmasına müsbət təsir göstərə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.