İdman

“Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq

3 Avqust 2026 11:11
Baxış: 309
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü bu gün İsveçrənin Nyon şəhərində atılacaq. Püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək. Ağdam klubu III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdıracağı halda, pley-offda aşağıdakı rəqiblərdən biri ilə üz-üzə gələcək:

"Xetafe" (İspaniya)
"Tvente" (Niderland) - "Dunayska Streda" (Slovakiya) cütünün qalibi
"Beytar" (İsrail) - "Austriya" (Vyana, Avstriya) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu

Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 6-da Polşanın Lublin şəhərində, cavab matçını isə avqustun 13-də Bakıda keçirəcək. Rəqib isə Ukraynanın "Dinamo" (Kiyev) klubudur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.