Hadisə

Ağdərədə mina partladı: Xəsarət alanlar var - (Yenilənib)

3 Avqust 2026 12:00
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində baş verən partlayış nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

TƏBİB-dən verilən məlumata görə, yaralılar avqustun 3-də saat 10:40 radələrində Tərtər Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunublar.

Bildirilib ki, 1994-cü il təvəllüdlü şəxsə sağ aşıq-baldır nahiyəsinin amputasiyası, 1998-ci il təvəllüdlü şəxsə isə qarının ön divarında çoxsaylı qəlpə yaraları diaqnozu qoyulub.

Xəsarət alanlardan biri müalicəsinin davam etdirilməsi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib. Digər yaralının müalicəsi isə Tərtər xəstəxanasında davam etdirilir.

Onun vəziyyəti orta ağır qiymətləndirilir.

_______________

Ağdərə rayonunun Çardaqlı kəndi ərazisində mina hadisəsi baș verib.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı 1994-cü il təvəllüdlü Surxaylı Əlzamin Vəzir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Hadisə nəticəsində Surxaylı Əlzamin sağ ayaq nahiyəsindən xəsarət alıb. Hadisə zamanı digər əməkdaş 1998-ci il təvəllüdlü Mirzəyev Füzuli Rizvan oğlu yüngül bədən xəsarətləri alıb. Xəsarət alan əməkdaşlar rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyətləri qənaətbəxşdir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.