Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Gürcüstanda gənc alimlər və tələbələr üçün "İrs, elm, arxeologiya və müasir texnologiyalar" mövzusunda Beynəlxalq Yay məktəbi təşkil olunub.
Müxtəlif ölkələrdən gənc alimləri bir araya gətirən Yay məktəbində Azərbaycanı Heydər Əliyev Fondunun dəstəyi ilə gənc arxeoloqlardan ibarət komanda təmsil edir.
Elmi tədbir iki mərhələdən ibarətdir. Kutaisi Beynəlxalq Universitetindəki ilkin mərhələ avqustun 2-dək davam edib. İkinci mərhələ isə avqustun 3-16-da Gürcüstanın Dmanisidəki abidələr və arxeoloji tədqiqat ərazilərində keçiriləcək.
Beynəlxalq elmi tədbir Gürcüstan Respublikasının Mədəniyyət, həmçinin Təhsil, Elm və Gənclər nazirlikləri tərəfindən dəstəklənir.
Layihənin ikinci mərhələsinin açılış mərasiminə dünyanın tanınmış arxeoloqları toplaşacaq. Açılışda AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev də Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə məruzə ilə çıxış edəcək.
Müxtəlif ölkələrdən olan gənc alimlər elmi təlim tədbiri çərçivəsində Gürcüstanın aparıcı mədəni və elmi müəssisələrinə ekskursiyalarda, beynəlxalq ekspertlərin iştirakı ilə interaktiv təlimlərdə iştirak edəcək, topladıqları nəzəri biliklərin praktiki tətbiqini nümayiş etdirəcəklər.
Yay məktəbinin əsas təlim mövzuları "Təbiət tarixi və təbii irsin tədqiqi; arxeoloji tədqiqatlarda müasir texnologiyalar", "Mədəni irs, konservasiya və bərpa: müasir metodlar və problemlər", "Mədəni irs, onun inkişafı və interpretasiyası, həmçinin müasir texnologiyaların tətbiqi", "Gürcüstanın rəqabət qabiliyyətinin açarı kimi biomədəni irs" olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Qiymətlər yenə artdı: Hansı ərazilərdə mənzil daha bahadır?
-
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
-
Ceki Çan Bakıya gəldi
-
Paytaxtda küçələrdən birinə Elçinin adı verildi
-
Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı
XƏBƏR LENTİ
-
Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib - (Video/Foto)
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var - (Yenilənib)
-
Bank kartlarında yeni dövr: Kimlərə limit qoyulur? - İzah
-
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
-
Buzovnada 3 nəfər dənizdə batdı - Axtarışlar davam edir - (Yenilənib)
-
Qiymətlər yenə artdı: Hansı ərazilərdə mənzil daha bahadır?
-
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
-
Bakıda futbol meydançasında meyit tapıldı
-
8 mərtəbəli hospital satışa çıxarıldı
-
Ceki Çan Bakıya gəldi
-
“Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq
-
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
-
Paytaxtda küçələrdən birinə Elçinin adı verildi
-
Kriştianu Ronaldo toy hazırlığına başlayıb
-
Polis iki gün ərzində 69 cinayətin üstünü açıb
-
Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı
-
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - (Video)
-
Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü
-
Dəm qazından boğulmuşdu - 3 il sonra qəzada öldü - (Foto)
-
Yeni model üzrə müəllim qəbulu: Müsahibələr start götürdü
-
200 milyon dollarlıq Fond - Vəsaitlər hara yönələcək?





