Bank kartlarında yeni dövr: Kimlərə limit qoyulur? - İzah
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə Azərbaycanda ödəniş ekosisteminin inkişafı və nağdsız hesablaşmaların genişlənməsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. Ölkədə həyata keçirilən ardıcıl islahatlar, rəqəmsal maliyyə xidmətlərinin genişlənməsi və innovativ ödəniş həllərinin tətbiqi nəticəsində nağdsız ödənişlərin həcmi və əhatə dairəsi davamlı olaraq artır.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Banklar Assosasiyasından məlumat verilib.
Bildirilib ki, ödəniş infrastrukturunun modernləşdirilməsi və rəqəmsal bankçılıq xidmətlərinin genişlənməsi həmçinin, bu sahə üzrə risklərin daha effektiv idarə edilməsini və qanunvericiliyin tələblərinin təmin olunmasına diqqətin artırılmasını zəruri edir:
"Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Fintex Assosiasiyası (AzFina) tərəfindən bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edilmişdir".
Nəzərə çatdırılıb ki, sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manatadək mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. Xüsusilə vurğulamaq istərdik ki, indiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmamışdır:
"Yuxarıda da qeyd olunduğu kimi, bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaqdır.
ABA və AzFina bir daha qeyd edir ki, sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir göstərməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər"
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda maşınlar torpağın altında qaldı - (Video)
-
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var - (Yenilənib)
-
Bank kartlarında yeni dövr: Kimlərə limit qoyulur? - İzah
-
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
XƏBƏR LENTİ
-
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib
-
Bakıda maşınlar torpağın altında qaldı - (Video)
-
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
-
Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib - (Video/Foto)
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var - (Yenilənib)
-
Bank kartlarında yeni dövr: Kimlərə limit qoyulur? - İzah
-
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
-
Buzovnada 3 nəfər dənizdə batdı - Axtarışlar davam edir - (Yenilənib)
-
Qiymətlər yenə artdı: Hansı ərazilərdə mənzil daha bahadır?
-
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub
-
Bakıda futbol meydançasında meyit tapıldı
-
8 mərtəbəli hospital satışa çıxarıldı
-
Ceki Çan Bakıya gəldi
-
“Qarabağ”ın potensial rəqibi bu gün bəlli olacaq
-
Məzənnələr açıqlandı: Avroda artım qeydə alındı
-
Paytaxtda küçələrdən birinə Elçinin adı verildi
-
Kriştianu Ronaldo toy hazırlığına başlayıb
-
Polis iki gün ərzində 69 cinayətin üstünü açıb
-
Ukrayna Rusiyanın müharibədəki itkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb
-
Dünyanın ən faydalı tərəvəzi seçildi - Min bir dərdin dərmanı
-
Siyəzəndə avtoxuliqanlıq edən iki sürücü saxlanılıb - (Video)
-
Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü





