Hadisə

Dənizdə batanlar jurnalist Rəhilə Həmidovanın bacı-qardaşları imiş

3 Avqust 2026 15:11
Baxış: 495
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Buzovnada üç nəfər dənizdə batıb.

Milli.Az xitab24.az-a istinadla xəbər verir ki, dənizdə batan şəxslər AZTV-nin əməkdaşı, jurnalist Rəhilə Həmidovanın bacı və qardaşlarıdır.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən 2009-cu il təvəllüdlü Aysel Rafiq qızı Həmidova xilas olunub, ilkin yardım göstərilərək aidiyyəti üzrə təhvil verilib, 2014-cü il təvəllüdlü Əli Rafiq oğlu Həmidovun meyiti isə sahildə aşkar edilib.

Hazırda suda batdığı ehtimal olunan 2004-cü il təvəllüdlü Ruslan Rafiq oğlu Həmidovun axtarışları davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.