Cəmiyyət

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb

3 Avqust 2026 16:01
Baxış: 239
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin ilk yarısında məişət zorakılığı ilə bağlı qeydə alınan faktların statistikası açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-təminat şöbəsinin Baş məsləhətçisi Rahil Süleymanzadə məlumat verib.

Bildirilib ki, ilin ilk altı ayı ərzində Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 292 müraciət daxil olub. Müraciət edənlərin 230-u qadın, 47-si kişi, 15-i isə uşaq olub.

Məlumata əsasən, məişət zorakılığı törətməkdə şübhəli bilinən şəxslər arasında 281 kişi, 124 qadın və 1 uşaq yer alıb. Kişilər arasında zorakılıq törədənlərin 90-ı ər, 69-u isə keçmiş ər olub.

Qadınlar tərəfindən törədilən hallarla bağlı isə 6 rəsmi həyat yoldaşı və 8 keçmiş arvad qeydə alınıb. Həmçinin qeyri-rəsmi münasibətlər zamanı törədilən 14 məişət zorakılığı faktı müəyyən edilib.

Zərərçəkənlərin bölgüsünə gəlincə, 49 kişi, 284 qadın və 344 uşaq məişət zorakılığından zərərçəkmiş şəxs kimi qeydə alınıb.

Zorakılıq növlərinə görə müraciətlərin 197-si fiziki, 62-si psixi, 27-si iqtisadi, 6-sı isə cinsi zorakılıqla bağlı olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.