Ödəniş üsullarında yeni mərhələ: Limitlər nələri dəyişəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kartdan-karta əməliyyatlara tətbiq edilən limitlər vətəndaşların ödəniş vərdişlərinə müəyyən təsir göstərə bilər".
Bu sözləri Milli.Az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Onun sözlərinə görə, gündəlik köçürmələrdən intensiv istifadə edən şəxslər əməliyyatlarını daha planlı həyata keçirməyə, bəzi hallarda isə ödəniş üsullarını dəyişməyə məcbur ola bilərlər.
A.Nəsirli qeyd edib ki, əhalinin böyük hissəsi üçün müəyyən edilən limitlər ciddi problem yaratmasa da, kartdan-karta ödənişlərdən geniş istifadə edən kiçik sahibkarlar, fərdi xidmət göstərən şəxslər və tez-tez köçürmə həyata keçirən istifadəçilər yeni qaydalara uyğunlaşmalı olacaqlar:
"Risk var ki, bəzi insanlar limitlərdən yayınmaq üçün yenidən nağd ödənişlərə üstünlük versinlər. Əgər bu tendensiya geniş vüsət alarsa, son illər nağdsız ödənişlərin artırılması istiqamətində əldə olunan nəticələrə müəyyən mənfi təsir göstərə bilər. Digər tərəfdən, rəsmi ticarət obyektlərində POS-terminal və digər elektron ödəniş vasitələrindən istifadə davam edəcəyindən kartla ödənişlərin ümumi həcminin kəskin azalacağı gözlənilmir".
İqtisadçı hesab edir ki, limitlərdən yan keçmək məqsədilə bəzi şəxslər bir neçə kartdan istifadə etməyə, müxtəlif banklarda əlavə hesablar açmağa və ya qeyri-rəsmi ödəniş üsullarına keçməyə cəhd göstərə bilərlər:
"Bu, həm vətəndaşlar üçün əlavə əməliyyat yükü yarada, həm də nəzarət mexanizmlərinin effektivliyini azalda bilər. Nəticədə tənzimləmənin əsas məqsədi tam reallaşmaya və inzibati xərclər arta bilər".
Qeyd edib ki, burada əsas məqam kartdan-karta köçürmələrlə kart vasitəsilə həyata keçirilən ticarət ödənişlərinin eyni anlayış olmamasıdır:
"Əgər sahibkarlar şəxsi kartlardan imtina edərək POS-terminallar, biznes hesabları, ödəniş keçidləri və QR ödəniş sistemlərindən istifadəyə keçərlərsə, bu, əksinə, daha şəffaf və dayanıqlı nağdsız ödəniş mühitinin formalaşmasına kömək edə bilər".
A.Nəsirli nəzərə çatdırıb ki, limitlərin maliyyə davranışlarına müəyyən təsiri olacaq, lakin əsas dəyişiklik kartlardan tam imtina deyil, ödəniş üsullarının yenidən bölüşdürülməsi ilə bağlı ola bilər:
"Bir qrup istifadəçi əlavə kartlardan yararlanmağa çalışacaq, digər qrup rəsmi ödəniş alətlərinə keçəcək, bəzi hallarda isə nağd hesablaşmalara maraq arta bilər. Bu prosesin hansı istiqamətdə inkişaf edəcəyi limitlərin tətbiq mexanizmindən, bankların təqdim edəcəyi alternativ xidmətlərdən və vətəndaşların yeni qaydalara nə dərəcədə rahat uyğunlaşa bilməsindən asılı olacaq".
Qeyd edək ki, avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Limitlər həm kartdan karta köçürülən vəsaitlərin məbləği və köçürmə əməliyyatlarının sayına, həm də ümumiyyətlə kartların sayına tətbiq edilib. Eləcə də, ödəniş kartları və elektron pul hesablarının sayı və elektron cüzdanlardan istifadə üzrə də yeni limitlərin tətbiqi nəzərdə tutulur.
Belə ki, kartlara mədaxil və kartdan karta köçürmələrdə bir gün ərzində maksimum 5 əməliyyat aparmaq mümkündür. Yəni kart sahibi hər gün öz kartı ilə 5 dəfə köçürmə edib, eyni qaydada 5 dəfə ödəniş ala bilər.
Kartla gündəlik əməliyyatların sayına limit qoyulsa da, gündəlik əməliyyatlar üzrə limit yoxdur. Əvəzində kartdan karta köçürmələrin ümumi məbləği üzrə aylıq 20 000 manat limit müəyyən edilib. Bank müştərisinin öz kartları arasında həyata keçirilən əməliyyatlar bu məhdudiyyətlərə şamil edilmir, yəni bu əməliyyatlara limit qoyulmayıb.
Digər tərəfdən, yeni qaydalara əsasən, ödəniş kartlarının və elektron cüzdanların sayına da limit qoyulur. Belə ki, elektron cüzdanlar üzrə manatda 2 elektron cüzdan, hər bir xarici valyuta üzrə isə 1 elektron cüzdan istifadə oluna bilər.
Müəllif: Mina Mikayılova (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
63 yaşlı nənə 16 yaşlı nəvəsi ilə eyni liseydə oxuyur
-
Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidenti Thonqlun Sisulitun Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Bəzi xarici dairələrin Azərbaycanda milli həmrəyliyi pozmaq cəhdləri nəticə verməyək - Sahil Kərimli
-
“Zərərli xarici təsirlərə və saxta xəbərlərə qarşı sayıqlığın artırılmasına dəstək” layihəsi çərçivəsində Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüş keçirilib - (Video/Foto)
-
Almaniyaya uçan təyyarə həyəcan siqnalı göndərib
-
"Sabah"ın U-19 komandası "Slaviya"ya uduzdu
-
Qara dənizdə iki gəmiyə dron hücumu: 8 Azərbaycan vətəndaşı xilas edildi - XİN
-
"Qızlar pullu oğlana ərə getmək istəyir, oğlanlar da varlı qız almaq"
-
“Bunun İslamla əlaqəsi yoxdur”
-
Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
-
Rusiyada qaz kəmərində güclü partlayış - Yanğın başladı
-
Nəfəs tənqid olunan videosundan danışdı: “Bilirdim ki, paylaşacaqsınız”
-
"Anti-Azərbaycan dairələri ünvanı səhv salıblar"
-
Allahşükür Paşazadə hicab məsələsindən danışdı
-
Azərbaycanla Mərkəzi Asiya arasında iqtisadi inteqrasiya dərinləşir - Sevil Mikayılova
-
Azərbaycan və Laos xidməti pasportlara vizanı ləğv edir
-
Əliyar Ağayev UEFA Avropa Liqasına təyinat alıb
-
Əmrahın oğlu Bakı metrosundan paylaşım etdi - (Video)
-
Roma Papası xəstəxanaya yerləşdirildi
-
Zeynəb Həsəni: “Sizi Allaha həvalə edirəm, o çörəyi necə yeyirsiniz?” - (Video)
-
“Müharibənin qarşısını almaq üçün müharibəyə hazırlaşırıq” – Lukaşenko
-
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - (Video)
-
Rusiyanın peykləri yüksəkliyi itirir
-
Günel Ebru Gündeşlə yaşadığı gərginlikdən danışdı: "Yolumu kəsdi"
-
Bakının nəbzi cazla döyündü! - 21-ci Baku Jazz Festival İçərişəhərin qəlbində möhtəşəm musiqi bayramı ilə başa çatdı - (Foto)





