İdman

“Sabah”ın potensial rəqibi bilinib

3 Avqust 2026 14:42
Baxış: 356
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan çempionu "Sabah"ın pley-off mərhələsindəki potensial rəqibi bəlli olub.

Bakı klubu III raundda Danimarkanın "Orxus" komandasını mübarizədən kənarlaşdırsa, pley-off mərhələsində "Srvena Zvezda" - "Hapoel" (Ber-Şeva, İsrail) cütünün qalibi ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk görüşünü səfərdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında pley-off mərhələsinin ilk qarşılaşmaları avqustun 18-19-da, cavab görüşləri isə avqustun 25-26-da təşkil olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.