Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan "Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq dəmir yolu daşımalarının inkişafı, sərhəd keçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının artırılması və rəqəmsal inteqrasiyanın genişləndirilməsi istiqamətində işləri davam etdirir.
Bu məqsədlə Azərbaycan və Gürcüstanın dəmir yolu administrasiyalarının, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Böyük-Kəsik stansiyasında görüş keçirilib.
Görüşdə dəmir yolu sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq yük və sərnişin daşımalarının səmərəliliyinin artırılması müzakirə olunub. Azərbaycan-Gürcüstan sərhədində yük qatarlarının keçid prosesi, vaxt itkisinə səbəb olan amillər və sərhəd keçmə müddətinin azaldılması imkanları nəzərdən keçirilib. Tərəflər həmçinin regional nəqliyyat əlaqələrinin gücləndirilməsi və Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması ilə bağlı fikir mübadiləsi aparıblar.
Əsas mövzulardan biri də rəqəmsal həllərin və elektron məlumat mübadiləsinin genişləndirilməsi olub. ADY ilə Gürcüstan Dəmir Yolları arasında qatarlar və yüklər barədə məlumatların real vaxt rejimində elektron mübadiləsi imkanları ətraflı müzakirə edilib, aidiyyəti dövlət qurumlarının, o cümlədən gömrük idarələrinin informasiya sistemləri arasında inteqrasiyanın genişləndirilməsi nəzərdən keçirilib və müvafiq qərarlar qəbul olunub.
*Bakı-Tbilisi marşrutu üzrə əlavə reysin təşkili ilə bağlı hazırlıq işləri də müzakirə olunub. Sərnişinlərin rahatlığının artırılması məqsədilə sərhəd və gömrük prosedurlarının sadələşdirilməsi, nəzarət proseslərinin daha çevik və müəyyən edilmiş vaxt çərçivəsində həyata keçirilməsinin vacibliyi qeyd olunub.*
Azərbaycanla Gürcüstan arasında yükdaşımaların səmərəliliyinin artırılması və Orta Dəhlizin tranzit imkanlarının gücləndirilməsi məqsədilə ayrıca işçi görüş də keçirilib. Görüşdə *ADY-yə məxsus elektrik lokomotivlərinin Böyük Kəsik-Tbilisi-Böyük Kəsik marşrutu üzrə qatar tərkibi ayrılmadan fasiləsiz işləməsinin təşkili barədə qərar qəbul edilib.*
Tərəflər vaqonlara texniki baxış prosedurlarının təkrarlanmasının aradan qaldırılması barədə yeni yanaşmanın tətbiqinin əhəmiyyətini vurğulayıblar. Yeni yanaşmaya əsasən, *əvvəllər həm Böyük Kəsik, həm də Qardabani stansiyalarında aparılan vaqon baxışının Azərbaycan-Gürcüstan istiqaməti üzrə yalnız Böyük Kəsik stansiyası, Gürcüstan-Azərbaycan istiqamətində isə Tbilisi qovşaq stansiyasında həyata keçirilməsi nəzərdə tutulur.* Bu optimallaşdırma sərhəd keçidinin daha çevik təşkilinə və yük qatarlarının keçid müddətinin 2 dəfə azaldılmasına imkan verəcək. Artıq marşrut üzrə çevik yük əməliyyatları uğurla test olunub.
Bu yenilik Azərbaycan və Gürcüstan arasında dəmir yolu əməkdaşlığının yeni mərhələyə keçməsinə, Orta Dəhliz üzrə yükdaşımaların rəqabətqabiliyyətinin artmasına və tranzit vaxtının azalmasına şərait yaradacaq. Eyni zamanda, beynəlxalq logistika zəncirinin daha dayanıqlı fəaliyyətinə, sərnişin qatarlarına əlavə vaqonların qoşulmasına və yeni reyslərin təşkili zamanı əməliyyatların daha çevik yerinə yetirilməsinə töhfə verəcək.
ADY beynəlxalq tərəfdaşlarla birlikdə dəmir yolu infrastrukturunun yenilənməsi, daşıma proseslərinin optimallaşdırılması və rəqəmsal həllərin tətbiqi istiqamətində fəaliyyətini davam etdirir. Məqsəd Azərbaycanın regionun aparıcı nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da gücləndirməkdir.
Qeyd edək ki, son illərdə ADY tərəfindən Böyük Kəsik istiqamətində genişmiqyaslı infrastruktur layihələri həyata keçirilib. Görülən işlər nəticəsində sərhəd keçidi məntəqəsinin ötürücülük qabiliyyəti əhəmiyyətli dərəcədə artırılıb, dəmir yolu infrastrukturu müasir tələblərə uyğun yenilənib, qatarların qəbulu və yola salınması imkanları genişləndirilib.
Ərazidə rəqəmsal idarəetmə sistemlərinin tətbiqi beynəlxalq tranzit daşımalarının etibarlılığını da artırıb. Bu investisiyalar Orta Dəhlizin tranzit potensialının və regionun nəqliyyat-logistika imkanlarının gücləndirilməsinə mühüm töhfə verir.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 28 dərəcəyədək isinəcək
-
Uşağını bağçaya qoymaq istəyənlərin NƏZƏRİNƏ
-
Hövsan qəsəbəsinin bəzi ərazilərində su kəsiləcək
-
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir - (Foto)
-
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
-
Azərbayanda avtonom nəqliyyat vasitəsiləri tətbiq ediləcək - Dövlət rüsumu müəyyənləşib
XƏBƏR LENTİ
-
İki gün əvvəl dənizdə batan gəncin meyiti tapıldı
-
Sabah Abşeron çimərliklərində dəniz suyu 28 dərəcəyədək isinəcək
-
“Sabah”ın potensial rəqibi bilinib
-
Rusiyalı müğənni Mayamidə dəbdəbəli ev aldı
-
Uşağını bağçaya qoymaq istəyənlərin NƏZƏRİNƏ
-
Bakıda işlədikləri marketdən oğurluq edən şəxslər saxlanılıb
-
Hövsan qəsəbəsinin bəzi ərazilərində su kəsiləcək
-
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir - (Foto)
-
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
-
İran bu xəbərləri təkzib etdi
-
Azərbayanda avtonom nəqliyyat vasitəsiləri tətbiq ediləcək - Dövlət rüsumu müəyyənləşib
-
İyulda neçə adamı gün vurub?
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
-
3 aydır susuz qalan sakinlər: Hər həftə 70 manat xərcləyirik
-
Qubada avtomobil yoldan çıxaraq aşdı - Yaralananlar var
-
Azərbaycanda vəzifəli şəxslər həbs olundu
-
Ölkədə sabah üçün hava proqnozu açıqlandı
-
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib
-
Bakıda maşınlar torpağın altında qaldı - (Video)
-
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir - Kamaləddin Qafarov
-
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
-
Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib - (Video/Foto)





