Azərbaycanda vəzifəli şəxslər həbs olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Milli.Az xəbər verir ki, belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Hövsan qəsəbəsinin bəzi ərazilərində su kəsiləcək
-
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir - (Foto)
-
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
-
Azərbayanda avtonom nəqliyyat vasitəsiləri tətbiq ediləcək - Dövlət rüsumu müəyyənləşib
-
İyulda neçə adamı gün vurub?
-
3 aydır susuz qalan sakinlər: Hər həftə 70 manat xərcləyirik
XƏBƏR LENTİ
-
Hövsan qəsəbəsinin bəzi ərazilərində su kəsiləcək
-
Azərbaycan–Gürcüstan dəmir yolu daşımalarında sərhəd keçidi iki dəfə sürətləndirilir - (Foto)
-
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat
-
İran bu xəbərləri təkzib etdi
-
Azərbayanda avtonom nəqliyyat vasitəsiləri tətbiq ediləcək - Dövlət rüsumu müəyyənləşib
-
İyulda neçə adamı gün vurub?
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
-
3 aydır susuz qalan sakinlər: Hər həftə 70 manat xərcləyirik
-
Qubada avtomobil yoldan çıxaraq aşdı - Yaralananlar var
-
Azərbaycanda vəzifəli şəxslər həbs olundu
-
Ölkədə sabah üçün hava proqnozu açıqlandı
-
Azərbaycan XİN mədən qəzası ilə bağlı Pakistana başsağlığı verib
-
Bakıda maşınlar torpağın altında qaldı - (Video)
-
Azərbaycanla Qırğızıstan arasında əməkdaşlıq artan tendensiya ilə inkişaf edir - Kamaləddin Qafarov
-
Su yoxdur, amma sayğac işləyir? - Məsələyə aydınlıq gətirildi
-
Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb
-
Mingəçevirdə kanalizasiya quyuları daşdı - ADSEA-dan hadisə ilə bağlı açıqlama
-
Prezident İlham Əliyev “Yeni Səngəçal” yarımstansiyasının açılışında iştirak edib - (Video/Foto)
-
Ağdərədə mina partladı: Xəsarət alanlar var - (Yenilənib)
-
Bank kartlarında yeni dövr: Kimlərə limit qoyulur? - İzah
-
Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb
-
Buzovnada 3 nəfər dənizdə batdı - Axtarışlar davam edir - (Yenilənib)
-
Qiymətlər yenə artdı: Hansı ərazilərdə mənzil daha bahadır?
-
Heydər Əliyev Fondu gənc arxeoloqların Beynəlxalq Yay məktəbində iştirakına dəstək olub





