Hadisə

Bakıda yük avtomobili yandı

3 Avqust 2026 16:49
Baxış: 291
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verib.

Milli.Az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Ford" markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub. 

Yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb. 

Xəsarət alan olmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.