İyulda temperatur iqlim normasından yüksək olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin iyul ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0-6 dərəcə), 2 gün normadan aşağı, 2 gün isə norma daxilində olub. Orta aylıq temperatur 28 dərəcə isti olub ki, bu da iqlim normasından 1 dərəcə yuxarıdır.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.
Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında iyul ayında maksimal temperatur iyulun 26-da 40 dərəcə isti (Sumqayıt), bölgələrdə isə həmin gün 41 dərəcə isti (Ordubad) qeydə alınıb. Havanın minimal temperaturu Bakı və Abşeron yarımadasında iyulun 3 və 9-da 20 dərəcə isti (Maştağa və Sumqayıt), yüksək dağlıq ərazilərdə isə iyulun 2-də 4 dərəcə isti (Şahdağ) olub.
"İyul ayının bəzi günlərində hava şəraiti fasilələrlə yağıntılı keçib, şimşək çaxıb, dolu düşüb. Bəzi yerlərdə yağıntılar intensiv və güclü olub. Ən çox yağıntı bölgələr üzrə aylıq normanın 324 faizi olmaqla Balakən-Şəki zonasına (Balakən - 250 mm), aylıq normanın 236 faizi olmaqla Mərkəzi Aran zonasına (Mingəçevir - 47 mm), aylıq normanın 144 faizi olmaqla Lənkəran-Astara zonasına (Lənkəran - 20 mm) və aylıq normanın 125 faizi olmaqla Bakı və Abşeron yarımadasına (Bakı - 3 mm) düşüb."
G.Abbasova bildirib ki, iyul ayı ərzində Laçın rayonunun Şəlvə, Qovuşuq və Vəlibəyli kəndlərində, Şuşa şəhərində və Kəlbəcər rayonunun İstisu qəsəbəsində dolu müşahidə olunub. Ən iri dolu Kəlbəcər rayonunun İstisu qəsəbəsində qeydə alınıb və diametri 8-12 mm təşkil edib.
"İyul ayının bəzi günlərində küləkli hava şəraiti ilə əlaqədar 10 sarı və narıncı xəbərdarlıq verilib. Bakı və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 21 gün küləkli hava şəraiti müşahidə olunub. Küləyin maksimal sürəti iyulun 27-də Bakı və Abşeron yarımadasında 28 m/s, bölgələrdə isə 23 m/s-ə çatıb."
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
-
Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb
XƏBƏR LENTİ
-
Qarpız bu şəxslərə olmaz
-
Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - yeni təyinat
-
Məhkəmə Kamran Əsədovla bağlı qərar verdi
-
Ronaldo toyuna bu ulduzları dəvət etdi
-
Zelenski: Müharibənin qışa qədər başa çatması üçün çalışacağıq
-
İyulda temperatur iqlim normasından yüksək olub
-
Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı qərar - Tələbələrin aqibəti bəlli oldu
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Nəriman Axundzadə ABŞ-dan gedir - Yeni klubu bəlli oldu
-
Bakıda daha iki marşrut üzrə avtobuslar yenilənir
-
Sümükləri möhkəmləndirən qidalar
-
Bakıda yük avtomobili yandı
-
Əli Əsədov yeni qərar imzaladı
-
Rusiyada zəlzələ oldu
-
“Qarabağ”ın potensial rəqibi bəlli oldu - (Yenilənib)
-
Magistraturaya qəbul olanlar üçün qeydiyyat başladı - Yalnız bu portal üzərindən
-
XİN: Ermənistanın mina terroru nəticəsində 433 azərbaycanlı qurban olub
-
SEPAH Hörmüz boğazında ABŞ-a məxsus olduğu ehtimal edilən PUA-nı vurdu
-
Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb
-
Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama
-
Əvvəl arvadını, sonra özünü bıçaqladı: Kişi öldü, qadın sağ qaldı
-
Bu il qeyri-çimərlik ərazilərdə 40 nəfər boğularaq ölüb
-
"Uşaqları çölə buraxa bilmirik" - Zavodun tüstüsü ilə bağlı şikayət
-
Prokuror olmaq istəyənlərin nəzərinə





