Meyvələrin üzərindəki ağ təbəqə kir deyilmiş: Mütəxəssislər əsl səbəbi açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bazarda və ya marketdə üzərindəki ağ təbəqəyə görə "çirkli" zənn edilən meyvələr əslində ən təzə məhsullar sırasındadır. Mütəxəssislər üzüm, gavalı və göyəm meyvələrində görünən təbii qoruyucu təbəqənin meyvəni su itkisindən, günəş şüalarından və mikroorqanizmlərdən qoruduğunu bildirirlər.
Milli.Az xəbər verir ki, bazarda və ya marketdə alış-veriş edərkən üzəri ağ, dumanlı bir təbəqə ilə örtülmüş üzüm, gavalı və ya göyəmi "çirkli" hesab edib almayanlar yanılır ola bilərlər. Mütəxəssislərin fikrincə, bu ağ görünüş meyvənin təzəliyini göstərən təbii bir qoruyucu təbəqədir. Üzüm, gavalı, göyəm və bəzi alma sortlarının səthində görünən mat, ağmtıl təbəqə botanikada "epikutikulyar mum" və ya "pruin" (təbii duman) adlandırılır. Bu təbəqə zənn edildiyinin əksinə, pestisid (kənd təsərrüfatı dərmanı) qalıntısı və ya kimyəvi maddə deyil, meyvənin özünün istehsal etdiyi təbii müdafiə mexanizmidir.
Meyvəni xarici təsirlərdən qoruyur
Mütəxəssislərin sözlərinə görə, pruin təbəqəsi meyvənin yetişmə prosesində əmələ gəlir və bir çox mühüm funksiyası var. Bu təbii örtük meyvənin su itirməsinin qarşısını alaraq daha uzun müddət təzə və şirəli qalmasına kömək edir. Eyni zamanda, bakteriya və göbələklərin səthə yapışmasını çətinləşdirir, yağış suylarının meyvə üzərində yığılmasının qarşısını alır və həddindən artıq günəş şüalarına qarşı təbii qoruma təmin edir.
Ağ təbəqə nə qədər qabarıqdırsa, bir o qədər təzə ola bilər
Mütəxəssislər xüsusilə üzüm və gavalılarda görünən ağ dumanlı təbəqənin qabarıq olmasının meyvənin daha az əməliyyat gördüyünə və təzəliyini qoruduğuna işarə edə biləcəyini qeyd edirlər. Meyvələr yığıldıqdan sonra daşınma, əldən-ələ keçmə, yuyulma və ya uzun müddət qalma kimi səbəblərdən bu həssas təbii qat zamanla silinə bilər. Buna görə də həddindən artıq parıldayan meyvələr öz təbii qoruyucu təbəqəsini itirmiş ola bilər.
Meyvələr necə yuyulmalıdır?
Təbii mum təbəqəsi sağlamlığa zərərli olmasa da, meyvələr istehlak edilməzdən əvvəl səthindəki toz və ətraf mühit çirklərindən təmizlənməlidir. Mütəxəssislər meyvələrin yeməzdən dərhal əvvəl bol soyuq su ilə yuyulmasını tövsiyə edirlər. İstəyə görə bir neçə dəqiqə sirkəli suda saxlamaq da gigiyena baxımından kifayət hesab olunur. Yuyucu vasitələrdən və ya kimyəvi təmizləyici məhsullardan isə qətiyyən istifadə edilməməsi vurğulanır.
Bundan əlavə, meyvələrin alındıqdan dərhal sonra deyil, yeyiləcəyi vaxt yuyulması məsləhət görülür. Çünki təbii qoruyucu təbəqənin tez təmizlənməsi meyvənin soyuducuda daha qısa müddətdə xarab olmasına səbəb ola bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)





