Cəmiyyət

Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi

4 Avqust 2026 17:26
Baxış: 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mədəniyyət Nazirliyi regionlarda fəaliyyət göstərən dövlət teatrlarında direktor və direktor müavini vəzifələri üzrə müsabiqə elan edib.

Milli.Az-a Nazirlikdən verilən məlumata görə, müsabiqə vakant rəhbər vəzifələrin tutulması məqsədilə keçirilir.

Direktor vəzifəsinə seçiləcək şəxsin əsas vəzifələri arasında teatrın fəaliyyətinin qanunvericiliyə uyğun təşkili, yaradıcı və inzibati idarəetməyə nəzarət, strateji planların və büdcənin icrasının təmin edilməsi, repertuar siyasətinin formalaşdırılması, maliyyə vəsaitlərindən səmərəli istifadəyə nəzarət, eləcə də yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın qurulması yer alır.

Direktor müavininin funksiyalarına isə teatrın yaradıcı və inzibati fəaliyyətinin təşkilinə dəstək vermək, inkişaf planlarının hazırlanması və icrasını təmin etmək, layihələrin həyata keçirilməsini koordinasiya etmək, fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı təkliflər hazırlamaq daxildir.

Müsabiqədə iştirak edəcək direktor namizədlərindən idarəetmə sahəsində azı 5 il iş təcrübəsi, mədəniyyət və incəsənət ixtisasları üzrə ali təhsil, strateji planlaşdırma, maliyyə və inzibati idarəetmə sahəsində biliklər tələb olunur.

Namizədlər Azərbaycan dilini mükəmməl bilməli, liderlik, qərarvermə, analitik düşüncə və kollektiv idarəetmə bacarıqlarına malik olmalıdırlar. Xarici dil bilikləri və idarəetmə üzrə əlavə təhsil üstünlük hesab ediləcək.

Direktor müavini vəzifəsinə müraciət edən şəxslərdən də müvafiq ali təhsil, idarəetmə təcrübəsi, layihələrin idarə olunması üzrə biliklər və komanda ilə işləmək bacarığı tələb olunur.

Qeyd edilib ki, namizədlər həmçinin teatr və Azərbaycan incəsənəti sahəsində zəruri biliklərə, eləcə də kompüter proqramlarından istifadə bacarığına sahib olmalıdırlar.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.