Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən həftə müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadə 96 yaşında vəfat etdi.
Nəriman Həsənzadə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatları - "Şöhrət" (2001), "Şərəf" (2011) və "İstiqlal" (2021) ordenləri ilə təltif edilmiş, 2026-cı ildə isə "Heydər Əliyev" ordeninə layiq görülmüşdü.
Şair 1931-ci il fevralın 2-də Ağstafa rayonunun Poylu kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1949-1953-cü illərdə Həsən bəy Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində ali təhsil alıb, 1957-1961-ci illərdə isə Moskvada Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub.
1965-ci ildə indiki Bakı Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra dissertasiya müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi alıb.
Əmək fəaliyyətinə 1962-ci ildən başlayan Nəriman Həsənzadə "Azərbaycan gəncləri" qəzetində, "Azərbaycan" jurnalında və Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində müxtəlif vəzifələrdə çalışıb. O, 1978-1991-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru işləyib.
1991-2001-ci illərdə Mətbuat və informasiya nazirinin birinci müavini və nazir əvəzi vəzifələrində çalışıb. 1991-1995-ci illərdə Azərbaycanın Xalq deputatı olub.
N.Həsənzadə 2001-ci ildən ömrünün sonunadək Milli Aviasiya Akademiyasının Humanitar fənlər kafedrasına rəhbərlik edib.
2005-ci ildə ona Xalq şairi fəxri adı verilib.
Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə edilib.
Şairin "Könlüm şeir istəyir", "Unudulmaz günlər", "Yadına düşəcəyəm", "Nəriman", "Niyə demədiniz", "Zümrüd quşu", "Nabat xalanın çörəyi", "Mənim gecəm-gündüzüm", "Sən bağışladın" kitabları ona ədəbi-ictimai mühitdə ona böyük şöhrət qazandırıb.
90-cı illərdən etibarən qələmə aldığı "Şəhid atası Şərif qağaya məktub", "Qafqaz", "Cavid", "Səfirə məktub", "Qarabağdan gələn var", "Xarı bülbül", "Bəyanat", "Qaçaq Kərəm", "Nuru paşa", "Nizami", "Sözü tara verin" kimi poemaların müəllifidir.
Bu günlərdə ədəbi ictimaiyyətin müzakirə etdiyi mərhum Nəriman Həsənzadənin övladları da maraq dairəsinə düşüb. Xalq şairinin neçə övladı var, kimdirlər, hansı işlərlə məşğul olublar?
Milli.Az modern.az-a istinadla xəbər verir ki, mərhum Xalq şairnin iki övladı var: bir oğlu, bir qızı.
Nəriman Həsənzadənin oğlu Nazim Həsənzadə avqustun 2-də atasının Beynəlxalq Muğam Mərkəzində keçirilən vida mərasimindəki çıxışı ilə yadda qalıb.
"Atam mənim dünyam idi. Anam 1986-cı ildə vəfat etdikdən sonra o, bizə görə bir daha evlənmədi, ailə qurmadı. Həyatını övladlarına həsr etdi", - deyə Xalq şairinin oğlu bildirib.
Nazim Həsənzadə 60 yaşını geridə qoyub. O, əvvəllər Dövlət Gömrük Komitəsində çalışıb, hazırda təqaüdçüdür.
Oğlunun da qeyd etdiyi kimi, N.Həsənzadə həyat yoldaşı Sara xanımı vaxtsız itirib. O, ömür-gün yoldaşına çox sayda şeirlər yazıb.
Nəriman Həsənzadəni tanıyan həmkarlarının sözlərinə görə, şair qızı Xatirə xanıma "anam", oğlu Nazim bəyə "atam" deyə müraciət edirmiş ki, bu da təsadüf olmayıb.
Çünki atası Alməmməd kişini çox erkən yaşda itirən Nəriman Həsənzadə anası Nabat xanımın himayəsində böyüyüb. Ata nəvazişindən çox tez məhrum olan şair sonralar "Nabat xalanın çörəyi" povestində uşaqlıq, yeniyetməlik və gənclik illərinin acılı-şirinli xatirələrini, anasının tək oğlunu böyütmək üçün düşdüyü çətinlikləri, keçirdiyi həyəcanları və göstərdiyi mətanəti qələmə alıb.
Nəriman Həsənzadə qızına yazdığı şeirlərdən birində həyat yoldaşı Sara xanımın həyatdan erkən köçməsinin acısını bölüşüb. "Ürəyim ananı istəyir, qızım" adlı həmin şeirdə Nəriman Həsənzadə yazır:
"Ürəyim ananı istəyir, qızım,
sən yaşa dünyada qəmsiz, kədərsiz.
Bir səs qulağıma döz deyir, qızım,
Mən dözdüm,
yaş ötdü məndən xəbərsiz.
Qaşlarım qaradı, saçlarım ağdı,
təbiət şəklimi çəkir yenidən.
Hamı bu dünyada qocalacaqdı
amma tək qocalmaq dərd verir hərdən.
"Dağlar" deyə-deyə mən dağlaşmışam,
Hanı tale dostum,
ürəkdən gülən?!
Dünyada yaşayıb dünyalaşmışam,
dünyayla düz gəlmir daha mən deyən.
Daddım acısını şirin həyatın,
Hələ bu acıdan doyan olmayıb.
Qızım, qardaşınla sən olmasaydın,-
deyərdim, dünyada ana olmayıb.
Mən işdən çıxanda eybi yox,-dedim,-
dəyirman dünyadı, çarxa düşmüşəm.
Özümünkü bilib fəxr elədiyim,
arxadan vuranda arxa düşmüşəm.
Mən qisas almadım yaşadı düşmən,
ilhamda, sənətdə axırdaydılar.
Qisası aldım mən yalnız özümdən,-
böyüklər də gördüm, çox xırdaydılar,
ilhamda, sənətdə axırdaydılar.
Daha yaş artdıqca, səbrim azalır,
yaş yaşdı...
neyləsən yaş əyir, qızım.
Qadınsız-ata da anasız qalır,
ürəyim ananı istəyir, qızım..
Nəriman Həsənzadənin qızı Xatirə Həsənzadə musiqişünasdır. O, hazıra Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktorudur.
1959-cu il təvəllüdlü Xatirə Həsənzadə 1978-1982-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatriyasının Tarix-nəzəriyyə fakultəsində ali təhsil alıb.
1981-1983-cü illərdə müxtəlif təhsil musiqi nəzəriyyəsi və musiqi ədəbiyyatı fənnlərini tədris edib.
1983-cü ildən indiki Bakı Musiqi Akademiyasında "Musiqi tarixi" kafedrasının müəllimidir, xarici ölkələrin musiqi tarixi fənnlərini tədris edir.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 2013-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.
Xatirə Həsənzadə televiziyada maarifçifçilik fəaliyyəti də göstərib O, 1980-2014-cü illərdə AzTV-də "Operaladan parçalar", "Orfey", Mədəniyyət kanalında "Musiqi xəzinəsi" silsilə verilişlərinin müəllifi və aparıcısı olub.
Ailəlidir. Iki övladı, iki nəvəsi var.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Özəl bağçalarda 8 min uşağın təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
XƏBƏR LENTİ
-
Ceki Çanın Bakıda ilk görüntüləri (Video)
-
“Sabah” “Lester”in futbolçusunu transfer etdi
-
Naxçıvanda ağır qəza - 3 nəfər xəsarət alıb - (Foto)
-
Nəriman Həsənzadənin övladları: keçmiş gömrükçü, musiqişünas pedaqoq (Foto)
-
Bu tarixdə Günəş tam tutulacaq
-
Özəl bağçalarda 8 min uşağın təhsili dövlət tərəfindən maliyyələşdiriləcək
-
Rusiya Ukrayna ordusunun itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı
-
Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi
-
“Volkswagen”, BMW və “Porsche”dən böyük ixtisar qərarı
-
Region teatrlarına rəhbər axtarılır - Müsabiqə elan edildi
-
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
-
“AzerGold” QSC jurnalistlər üçün növbəti təlim və mediatur təşkil edib - (Foto)
-
Anar Ağakişiyevin çantasında powerbank partladı - Xəsarətlər alıb - (Video)
-
Dünyanın gözlədiyi qərar: Hörmüz boğazı açılır?
-
Rusiya ordusundan Xarkovla bağlı yeni iddia
-
Azərbaycanlı tələbə Rusiyanın dron hücumu nəticəsində ağır yaralandı - (Foto)
-
Şamaxı–İsmayıllı yolunda avtomobil yanıb - (Video)
-
Dəmir yolunun yaxınlığında tikinti və əkinlə bağlı yeni qərar
-
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
-
“Yer 7 saniyəlik çəkisiz qalacaq” iddiasına rəsmi cavab
-
İxracatçıların daşıma xərclərinin bir hissəsini dövlət qarşılayacaq
-
Azərbaycanlı bloger Hüseyn Həsənov 4 il həbs cəzası aldı
-
Erməni məhsullarına Rusiyada qadağa
-
Metroya görə 6 ekspres avtobus xətti fəaliyyətə başlayacaq





