İdman

Avrokuboklarda sarı vərəqə qaydası dəyişdi

4 Avqust 2026 17:48
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələsində sarı vərəqələrə görə diskvalifikasiya limitini artırıb.

Milli.Az Report-a istinadla xəbər verir ki, bundan sonra növbəti matçı buraxmaq cəzası qırmızı vərəqə ilə nəticələnməyən 4 sarı vərəqədən sonra tətbiq olunacaq.

Növbəti diskvalifikasiyalar isə hər müvafiq cüt saylı - 6-cı, 8-ci və daha sonrakı xəbərdarlıqlardan sonra qüvvəyə minəcək.

Avrokubokların təsnifat mərhələlərində isə qaydalar dəyişməyəcək. Burada cəza 3 sarı vərəqədən, daha sonra isə hər növbəti tək saylı xəbərdarlıqdan sonra tətbiq ediləcək.

UEFA bu dəyişikliyi 2024/2025 mövsümündən etibarən qüvvəyə minən avrokubok islahatları ilə əsaslandırıb. Çempionlar Liqası və Avropa Liqasının əsas mərhələsində matç sayının 6-dan 8-ə qaldırılması səbəbindən əvvəlki sistem vərəqə limitinin aşılmasına görə diskvalifikasiyaların çoxalmasına gətirib çıxarırdı.

Qeyd edək ki, yeni qaydalar əsas mərhələsi 6 matçdan ibarət olan UEFA Konfrans Liqasında da keçərli olacaq. Qitə futbol qurumu bunu qış "transfer pəncərəsi"ndə futbolçuların müxtəlif avrokubok iştirakçıları arasında keçid edə biləcəyi ehtimalı ilə izah edib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.