Qatarlar bu stansiyalar arasında dayanacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holding şirkətlərindən olan "Bakı Metropoliteni" QSC tərəfindən avqustun 15-dən Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılır. Tikinti işləri təxminən 10-11 ay davam edəcək və və bu müddət ərzində qatarlar "Nizami-28 May" arasında fəaliyyət göstərməyəcək.
Milli.Az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"na uyğun icra olunur.
Bakı metrosunun gələcək inkişafı üçün strateji zərurət olan bu layihənin əsas məqsədi Qırmızı və Yaşıl xətlər arasında asılılığa son qoymaq, stansiyalarda sıxlığı azaltmaq, qatarlararası intervalı minimuma endirmək və hərəkətin dayanıqlılığını təmin etməkdir.
Hazırda "28 May" stansiyasının platformasında fərqli istiqamətlərə gedən minlərlə sərnişin eyni sahəni paylaşır ki, bu da xüsusilə pik saatlarda normadan artıq yüklənməyə və sərnişinlərin qatarlara minib-düşməsində ciddi çətinliklərə səbəb olur. Layihə tamamlandıqdan sonra "İçərişəhər" istiqamətinə gedən sərnişinlər "28 May", "Dərnəgül" istiqamətinə gedənlər isə "Cəfər Cabbarlı" stansiyasının platformasından istifadə edəcəklər. Bununla yanaşı, "28 May" və "Cəfər Cabbarlı" stansiyalarını birləşdirən və tikintisi artıq yekunlaşmaq üzrə olan ikinci sərnişin pilləkəni stansiyalar arasında daha rahat və sürətli keçidə imkan verəcək.
Tikinti dövründə müvəqqəti dəyişikliklər:
Layihənin icrası çərçivəsində Yaşıl xəttə xidmət göstərəcək "Dərnəgül" elektrik deposunun inşaatının ikinci mərhələsi başa çatmaq üzrədir. Bununla da "Cəfər Cabbarlı-Nizami" mənzilini birləşdirəcək 200 metrlik yeni tunellərin inşasına başlanılır. Tikinti işləri avqustun 15-dən başlayaraq təxminən 10-11 ay davam edəcək. İnşaat dövründə metroda hərəkət aşağıdakı kimi təşkil olunacaq:
- "28 May-Nizami" mənzili: Bu iki stansiya arasında sərnişindaşıma dayandırılacaq. Bununla əlaqədar aparılmış birgə təhlillər əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən əlavə ekspres marşrutlar açılacaq və cari xətlərə avtobuslar əlavə olunacaq.
- Qırmızı xətt: "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər-Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək. ("Əhmədli-Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).
- Yaşıl xətt: Qatarlar "Dərnəgül-Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.
- "Cəfər Cabbarlı-Xətai" mənzili: Məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).
- Bənövşəyi xətt: "Xocəsən-8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.
Qeyd edək ki, tikinti işləri başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər-Həzi Aslanov") və Yaşıl ("Dərnəgül-Xətai") xətlər sərnişinlərə tam müstəqil infrastrukturla xidmət göstərəcək. Belə ki, Yaşıl xətt üzrə qatarların hərəkəti "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər davam edəcək və Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq. Beləliklə, "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı artıq tarixə qovuşacaq. Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra isə Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Bakı Metropoliteni sərnişinlərdən tikinti dövründə yarana biləcək müvəqqəti narahatlıqları anlayış və səbirlə qarşılamağı xahiş edir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
XƏBƏR LENTİ
-
Ev açarlarını bu 3 yerə qoymayın
-
Çayın acılığını və bulanıqlığını yox edir: Dəmliyə 2 ədəd atmaq kifayətdir
-
96 yaşlı milyarder Uorren Baffett 48 ildir su içmirmiş
-
Günün qoroskopu: Tərəfdaşlıq və ya müqavilə imzalaya bilərsiniz
-
Cəmil Kamilliyə və Elşad Məmmədliyə vaxtından əvvəl xüsusi rütbə verildi - (Foto)
-
Fransada etiraz aksiyalarında 422 nəfər saxlanılıb
-
Nanə Ağamalıyeva uzun aradan sonra - (Foto)
-
İki cüdoçumuz Avropa çempionu olub
-
Röya tanınmaz obrazda - (Foto/Video)
-
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub - (Foto)
-
Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir - (Foto)
-
Qaxda 7 nəfərin zəhərlənməsinin səbəbi məlum olub - Yenilənib
-
Sumqayıtda zəncirvari qəza olub
-
Faciəvi şəkildə ölən Elçinin (Fotosu)
-
Super Liqa: “Fənərbaxça” turu məğlub başa vurub
-
Aydan Salahovanın “Qız Qalası” layihəsi Azərbaycan Milli İncəsənət Muzeyində açıldı - (Foto)
-
Lənkəranda oyuncaq silahlı şəxs saxlanıldı - (Video)
-
“Yüz faiz cəzalanacaqlar” - Qurban Qurbanov bugünkü dava haqqında
-
“Bədbəxt, evdə dəyəri olmayan qadınlar mənə ağızlarına gələni yazırlar” - Nigar Şabanova
-
Bərdədə yeniyetmənin törətdiyi ağır qəzada xəsarət alanların son vəziyyəti açıqlandı - Yenilənib (Foto)
-
“Mən əməliyyatda olanda bacımın ürəyi gedib” - Mətanət İsgəndərli
-
“Qarabağ”ın futbolçuları arasında dava - (Foto)
-
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Qəbələ" ilə heç heçə edib
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq





